“Match TV”nin yayımının dayandırılmasının səbəbi


Digərləri 02 İyn 2025 20:29:00 100 0

“Match TV”nin yayımının dayandırılmasının səbəbi

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.

Son.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıqlama yayıb.

Bildirilib ki, multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olub:

"İlk olaraq qeyd olunmalıdır ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.

Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçilir. Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər keçirilmiş, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilib. 

2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək retranslyasiya paketlərinin monitorinqləri nəticəsində qeydə alınmış pozuntulara görə 20-dən çox operator barədə inzibati xəta haqqında protokol tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmə qərarlarına əsasən həmin operatorların hərəsi 5000 manat cərimə olunub".

"Bundan başqa, Audiovizual Şuranın apardığı araşdırmalardan məlum olub ki, yuxarıda adları qeyd olunan idman kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ yoxdur. Həmçinin, həmin kanallarda yayımlananan bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınmış və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur.

Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "МАТЧ ТВ" kanallarının ölkəmizdə faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycan Respublikası ərazisində operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir.

Qeyd olunan məsələləri nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb etmiş və 1 iyun 2025-ci ildən bu tələbə riayət etməyən operatorlara qarşı qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu və həmin sənədin Audiovizual Şuraya təqdim edilməsi halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək", - məlumatda bildirilib. Son.az

"Kimin ərini əlindən almışam, özüm də qarışdırıram, uşağımı subay kişidən doğmuşam" like
  • 02 İyn 20:15  
Şou-biznes "Kimin ərini əlindən almışam, özüm də qarışdırıram, uşağımı subay kişidən doğmuşam"

Müğənni Vəfa Şərifova jurnalist Türkan Məmmədlinin suallarını cavabla

arrow Ətraflı
"7 mülki şəxs qəsdən öldürülüb, 46 mülki şəxsə qəsdən xəsarət yetirilib" like
  • 02 İyn 19:53  
Siyasət "7 mülki şəxs qəsdən öldürülüb, 46 mülki şəxsə qəsdən xəsarət yetirilib"

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Sürücü oyuncaq silahla təşviş yaratdı  Həbs edildi like
  • 02 İyn 19:49  
Kriminal Sürücü oyuncaq silahla təşviş yaratdı Həbs edildi

Sosial şəbəkələrdə paytaxtda avtomobildən silahabənzər əşya nümayiş

arrow Ətraflı
"Nadirin "Maralmaral"ı mahnıcıqdır" like
  • 02 İyn 19:44  
Şou-biznes "Nadirin "Maralmaral"ı mahnıcıqdır"

Müğənni Ülviyyə Namazova qalmaqallı açıqlamalar verib.

arrow Ətraflı
Nazir ona yüksək vəzifə verdi like
  • 02 İyn 19:20  
Digərləri Nazir ona yüksək vəzifə verdi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müav

arrow Ətraflı
İlham Əliyevin səyləri ilə bütün Qarabağda inkişaf səfərbərliyi gedir  Ərdoğan like
  • 02 İyn 19:17  
Siyasət İlham Əliyevin səyləri ilə bütün Qarabağda inkişaf səfərbərliyi gedir Ərdoğan

Prezident İlham Əliyevin səyləri ilə bütün Qarabağda inkişaf və infras

arrow Ətraflı
"Təsəvvür edin, yatdı və oyanmadı" like
  • 02 İyn 18:57  
Şou-biznes "Təsəvvür edin, yatdı və oyanmadı"

"1 ildir qardaşımı itirmişəm. Heç bilmirdim haradayam, necəyəm. Biz

arrow Ətraflı
Bakının mərkəzindəki bu yolda qəza riski yüksəkdir like
  • 02 İyn 18:28  
Digərləri Bakının mərkəzindəki bu yolda qəza riski yüksəkdir

Paytaxtın Heydər Əliyev prospekti ilə Davud Aslan küçəsinin kəsişməsi

arrow Ətraflı
Rusiya Ukraynanın 162 PUAsını məhv etdi like
  • 02 İyn 18:15  
Digərləri Rusiya Ukraynanın 162 PUAsını məhv etdi

Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 162 ədəd Ukrayna P

arrow Ətraflı
Kəlbəcərdə minaya düşən traktorçunun SON DURUMU like
  • 02 İyn 17:56  
Digərləri Kəlbəcərdə minaya düşən traktorçunun SON DURUMU

Kəlbəcərdə traktorun minaya düşməsi nəticəsində xəsarət alan şəxsi

arrow Ətraflı
Güclü leysan, sulu qar yağacaq, sel gələcək  XƏBƏRDARLIQ like
  • 02 İyn 17:50  
Digərləri Güclü leysan, sulu qar yağacaq, sel gələcək XƏBƏRDARLIQ

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq İyunun 2-si axşamda

arrow Ətraflı
Rublun bahalaşmasının hansı təsirləri olacaq?  AÇIQLAMA like
  • 02 İyn 17:46  
Digərləri Rublun bahalaşmasının hansı təsirləri olacaq? AÇIQLAMA

Əgər 2025-ci il yanvarın 1-də 1 ABŞ dolları almaq üçün 113 rubl tələb

arrow Ətraflı
Vüsalə xəstəxanadan görüntülər yaydı  səhhətində problem yaranıb? like
  • 02 İyn 17:39  
Şou-biznes Vüsalə xəstəxanadan görüntülər yaydı səhhətində problem yaranıb?

Tele-aparıcı Vüsalə Əlizadə xəstəxanadan görüntülər yayıb. 

arrow Ətraflı