Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
Digərləri 01 İyn 2025 15:54:00 91 0
Nə zaman narahat olmalı və hansı halda mütəxəssisə müraciət etməliyik?
Bu xəbəri də oxu: Nazir ona yüksək vəzifə verdi
Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən ortopedik problemlərdən biri yastı pəncəlik (yastıdabanlıq), digəri isə halluks valgus - yəni ayaq baş barmağının xaricə doğru əyilərək sümük çıxıntısı şəklində görünməsidir. Bəs bu problemlər hansı halda təhlükəlidir və erkən müdaxilə vacibdirmi?
Bu barədə reabilitoloq və fizioterapevt Afaq Azad Son.az-a açıqlama verib.
Mütəxəssin sözlərinə görə, uşaqlarda yastı pəncəlik 3-4 yaşa qədər fizioloji hal sayılır və bu dövrdə pəncə tağının (svodunun) formalaşması təbii şəkildə baş verir:
"Uşağın pəncəsi körpəlikdə tam formalaşmamış olur, bu zaman pəncə altı daha yastı görünə bilər. Bu, çox hallarda valideynləri narahat edir, amma 5-6 yaşa qədər bu hal normadır. Lakin bu yaşdan sonra pəncə tağı hələ də yaranmayıbsa, artıq ortopedik qiymətləndirmə tələb olunur. Müalicə olunmayan yastı pəncəlik gələcəkdə ayaqlarda ağrı, diz və bel oynaqlarında yükün artması, düzgün olmayan gediş və duruş pozğunluğuna gətirib çıxara bilər".
O, qeyd edib ki, erkən dövrdə müəyyən ortopedik ayaqqabılar, xüsusi təyin edilmiş idman hərəkətləri və fizioterapiya metodları ilə bu problem düzəldilə bilər.
Eyni zamanda ayaq əzələlərini möhkəmləndirən oyunlar, qum və müxtəlif səthlər üzərində gəzmək də təbii şəkildə pəncənin formalaşmasına yardımçı olur.
Halluks valgus nədir və qarşısı alına bilərmi?
Afaq Azad halluks valgus - yəni baş barmağın deformasiyası ilə bağlı isə bunları deyib:
"Halluks valgus qadınlarda daha çox rast gəlinir və əsas səbəblər arasında genetik meyil, uzun müddət dar və dabanlı ayaqqabı geyinmək, eləcə də düzgün olmayan yüklənmə durur. Bu problem tədricən inkişaf edir və əgər ilkin mərhələdə müdaxilə olunmazsa, həm estetik narahatlıq, həm də güclü ağrılarla müşahidə olunan xroniki vəziyyətə çevrilə bilər".
Həmsöhbətim vurğulayıb ki, erkən mərhələlərdə fizioterapiya prosedurları, xüsusi ortopedik breketlər və gündəlik həyat rejiminin dəyişdirilməsi ilə barmaqdakı əyriliyin inkişafının qarşısını almaq mümkündür.
"İrəliləmiş hallarda artıq konservativ müalicə effektiv olmur və cərrahi müdaxilə qaçılmaz olur. Ona görə də hər hansı dəyişiklik və ya narahatlıq müşahidə edilərsə, vaxtında həkimə müraciət olunmalıdır".
Afaq Azad həmçinin əlavə edib ki, istər yastı pəncəlik, istərsə də halluks valgus zamanı şəxsin həyat tərzinə, ayaqqabı seçiminə və fiziki aktivliyinə diqqət yetirmək böyük rol oynayır. Erkən diaqnoz və uyğun reabilitasiya tədbirləri ilə bu kimi ortopedik problemlərin qarşısını almaq mümkündür.
Kənan Son.az
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində baş verən silahlı

Bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən II

Türkiyənin Bingöl vilayətində ardıcıl olaraq iki zəlzələ qeydə alın�

Artıq kargo şirkətləri xaricdən mobil telefonların ölkəyə çatdırılma

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

Amerikalı aktrisa, "Desperate Housewives" ("Ümidsiz Evdar Qadı

Mobil texnologiyaların müasir dünyasını tətbiqlərsiz təsəvvür etmək m

Şuşa şəhərində türkdilli xalqların məktəbliləri arasında "Şuş

İyunun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

"Mən həmişə dövlət xəstəxanalarına üz tutmuşam. Bir-iki dəfə o

Bəhreyn kralı Şeyx Həməd bin İsa Əl Xəlifə 2023-cü ildə keçirilən t

Bu gecə Rusiyanın Bryansk vilayətində magistral yol üzərində yerləşən

Fransa çempionatında PSJ-nin dünənki qələbəsindən sonra Paris küçələ

İyunun 1-i üçün ulduz falı, bürcün bir neçə əlaməti üçün dərin d�
