Tutun sağlamlığımıza faydası
Digərləri 01 İyn 2025 06:06:00 112 0
Tut yazın axırları və yayın əvvəlində yetişən ən dadlı və faydalı meyvələrdən biridir.
Bu xəbəri də oxu: Daha bir gənc müəllim qəfil vəfat etdi
Son.az xəbər verir ki, istər hər mövsümdə qurusu, istərsə də mövsümündə təzə halda yeyilən tut orqanizm üçün faydalıdır.
Tərkibində A, E, C və K vitaminləri olan bu meyvə zülal baxımından çox zəngindir və eyni zamanda kalsium, dəmir mənbəyi hesab olunur.
Tut tərkibindəki antioksidanlar sayəsində xərçəng riskini azaldır. Qan təzyiqini artırmağa və balansda saxlamağa kömək edir.
Tərkibindəki yüksək miqdarda dəmir sayəsində ürək xəstəliklərinin qarşısını alır və qan azlığı problemini aradan qaldırır.
İmmunitet sistemini gücləndirən tut, tərkibindəki bol C vitamini sayəsində soyuqdəymə, qrip kimi xəstəliklərin də sağalmasına kömək edir.
Bu meyvə antioksidantlar sayəsində dərini cavanlaşdırır və nəmləndirməyə kömək edir. Ağız və diş sağlamlığının təmin olunmasına, saçların canlanmasına müsbət təsir göstərir.
Qara tut həzmi yaxşılaşdırır, diabet, qanazlığı və orqanizmin ümumi zəifliyində çox faydalıdır. Ağ tut isə tərkibində dəmirin miqdarı çox olduğundan qan artıran xüsusiyyətə malikdir və qanın keyfiyyətini yaxşılaşdırır.
İstər ağ, istərsə də qara tut yaşlanmanı gecikdirir, dərini daha təravətli saxlayır.
Beləliklə tut:
Qan şəkərini balanslaşdırmağa kömək edir.
Xərçəngdən qoruyur.
İmmunitet sistemini gücləndirir.
Həzmi dəstəkləyərək mədə narahatlığını aradan qaldıra bilər.
Tərkibindəki antioksidant sayəsində hüceyrələri qoruyaraq qocalmanı gecikdirir.
Qan dövranını dəstəkləyərək ürək sağlamlığını qoruyur.
Qaraciyər funksiyasını dəstəkləyir və toksinləri atmağa kömək edir.
Tənəffüs yollarını rahatlaşdıraraq öskürək və boğaz ağrısını aradan qaldırır.
Dərinin sağlamlığını dəstəkləyərək sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Sümük sağlamlığını dəstəkləyərək osteoporoz riskini azaldır.
Saç sağlamlığında da mühüm rol oynayır. /"Qafqazinfo"
Ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının səb�

"Saçların erkən ağarmasının qarşısını almaq üçün dəmir, sink

3 məşhur öncəgörən 2025-ci il üçün çox tutqun proqnozlar verib.

ABŞ Prezidenti Co Baydenin səhhət problemləri səbəbindən ölkəni tam ida

"Fransa sülh yolunda deyil. O, sadəcə Rusiyaya təzyiqləri artıran ist

Əməkdar artist Sevinc Əliyeva rejissorların film və seriala aktyorları ç�

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1 iyun 2025-ci il üçün ulduz falı (bürclər üzrə):

ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskın narkotik istifad

Üz ağrısı, çənədə uyuşma və danışma çətinliyi kimi simptomlar bəz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi

Əməkdar artist Qorxmaz Əlilicanla aparıcı Elgiz Əkbər arasında mübahis�

Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə y
