Bakıda 3 maşın qəza törətdi, saat yarım tıxac oldu
Digərləri 30 May 2025 10:12:00 99 0
Ötən gün 8 Noyabr prospektində üç avtomobilin iştirakı ilə baş verən qəza səbəbindən mərkəz istiqamətində müddəti 1 saat 30 dəqiqə olan nəqliyyat sıxlığı yaranıb.
Bu xəbəri də oxu: Tələbə faciəvi şəkildə öldü
Son.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, sıxlığa səbəb isə qəzada iştirak edən sürücülərin avtomobillərini yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri olub:
"Müşahidələrə əsasən, maddi zərərlə nəticələnən bu cür hadisələrə, xüsusilə də nəqliyyatın intensiv olduğu, Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr prospektlərində, Bakı-Sumqayıt, Aeroport şoselərində və digər mərkəzi yollarda tez-tez rast gəlinir".
"Yol hərəkəti haqqında" Qanunda qəza baş verdiyi zaman sürücülərin hansı hallarda nəqliyyat vasitələrini yolun kənarına çəkib-çəkməmələri ilə bağlı müddəalar qeyd olunub. Əvvəlcə bildirək ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman sürücülər mütləq yol polisinə məlumat verməlidirlər.
Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
Həmin maddənin 1 və 3-cü bəndlərinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün sürücüləri qaydalara əməl etməyə və diqqətli olmağa çağırır", - deyə sürücülərə müraciətdə qeyd olunub.
2025-ci ilin iyun ayında Xərçəng, Tərəzi və Oğlaq bürcləri sevgi və i

"Haribo" şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında

Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya m

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Əməkdar artist Nigar Şabanova efirlərin birində qonaq olub.

Masallı rayonunun Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənb�

Qərbi Azərbaycan Televiziyasının rəhbəri dəyişdirilib.

Model Səmra Hüseynova keçmiş sevgilisi ilə bağlı etiraf edib.

2025-ci ilin İYUN ayında ən xoşbəxt bürclər ulduzların hərəkətinə g�

Məşhur Hollivud aktrisası Nikol Kidman uzun illər ərzində təbii qıvrım

Gecə vaxtı yaşadığınız bəzi sadə görünən hallar əslində ciddi xəs

Yay mövsümünün yaxınlaşması ilə ağcaqanad problemi yenidən gündəmə

Limonu düzgün şəraitdə saxlamamaq, sağlamlığınıza, xüsusilə də süm
