Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur


Digərləri 28 May 2025 00:00:00 115 0

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda milli bayram olan 28 May - Müstəqillik Günü qeyd olunur.

Son.az-ın məlumatına görə, 107 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

"Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur".

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumidə Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəyli - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-i saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli Xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi "Müstəqillik Günü haqqında" Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub. Son.az

Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq? like
  • 27 May 23:47  
Siyasət Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?

Macarıstanın hakim partiyasının rəsmi nümayəndəsi Tamaş Mençer Kossuth

arrow Ətraflı
Qumral reklam qiymətini açıqladı  VİDEO like
  • 27 May 23:35  
Şou-biznes Qumral reklam qiymətini açıqladı VİDEO

Müğənni Qumral reklam qiymətini açıqlayıb.

arrow Ətraflı
Atalara 14 günlük məzuniyyət hüququ veriləcək? like
  • 27 May 23:20  
Digərləri Atalara 14 günlük məzuniyyət hüququ veriləcək?

"Atalara ödənişli 14 günlük məzuniyyət verilməsi ədalətli və ail

arrow Ətraflı
Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi like
  • 27 May 23:06  
Şou-biznes Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi

Əməkdar artist Vasif Məhərrəmli bu gün məclis edir.

arrow Ətraflı
Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu like
  • 27 May 22:26  
Dünya Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu

Yeni Zelandiya Palmerston North sakini 19 yaşlı Ryan Satterthwaite sosial med

arrow Ətraflı
Baş rol aktyoru "Bahar"ı tərk edir like
  • 27 May 22:12  
Şou-biznes Baş rol aktyoru "Bahar"ı tərk edir

"Bahar" serialında gözlənilməz ayrılıq yaşanacaq.

arrow Ətraflı
Laçın kanatı belə olacaq like
  • 27 May 22:03  
Digərləri Laçın kanatı belə olacaq

Xəbər verdiyimiz kimi, bu gün Prezidenti İlham Əliyev Laçın kanat yolunun

arrow Ətraflı
Müharibənin taleyi Putinə qaldı like
  • 27 May 22:00  
Dünya Müharibənin taleyi Putinə qaldı

ABŞ Prezidenti Donald Tramp mayın 25-də Rusiyanın Ukrayna şəhərlərinə h

arrow Ətraflı
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib like
  • 27 May 21:54  
Digərləri İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib

İstanbul-Tbilisi marşrutu üzrə hərəkət edən "Turkish Airlines"

arrow Ətraflı
İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum  Şahbaz Şərif like
  • 27 May 21:50  
Siyasət İlham Əliyevlə gözəl Laçın şəhərində görüşməkdən şərəf duydum Şahbaz Şərif

Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl Laçın şəh

arrow Ətraflı
Məhkəmə Hüseynlə bağlı qərar verdi like
  • 27 May 21:48  
Şou-biznes Məhkəmə Hüseynlə bağlı qərar verdi

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndiril�

arrow Ətraflı
Anasının məzarından FOTOlarını paylaşdı like
  • 27 May 21:08  
Şou-biznes Anasının məzarından FOTOlarını paylaşdı

Tanınmış meyxanaçı-müğənni Namiq Qaraçuxurlu paylaşımı ilə diqqət

arrow Ətraflı
Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib like
  • 27 May 20:49  
Siyasət Portuqaliya Prezidenti İlham Əliyevi təbrik edib

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əl

arrow Ətraflı
"VİA Qra" qrupu fəaliyyətini dayandırdı like
  • 27 May 20:43  
Şou-biznes "VİA Qra" qrupu fəaliyyətini dayandırdı

"VIA Qra" musiqi qrupu 25 ildən sonra fəaliyyətini dayandırıb.

arrow Ətraflı