"Bakıda 100 min manata qəbir yeri SATILIR"


Digərləri 24 May 2025 14:46:00 74 0

"Bakıda 100 min manata qəbir yeri SATILIR"

Bəzi ərazilərdə 50, bəzilərində isə 100 minə qədər... Bu, hər hansı daşınmaz əmlakın qiyməti deyil, cəmi bir neçə metrlik qəbir yerinin qiymətləridir. Qiymətlərdən də gördüyünüz kimi, bu gün yaşamaq qədər ölmək də bahalaşıb. Bu bahalaşma nə ilə əlaqədardır?

Son.az xəbər verir ki, deputat Ceyhun Məmmədov Trend-ə açıqlamasında qəbir yerlərinin tapılması və alınmasının getdikcə çətinləşdiyini bildirib.

"Qəbiristanlıqlarda yer tapılması getdikcə çətin prosesə çevrilir. Burada qiymətlər müxtəlifdir, yerdən asılı olaraq qəbir yerlərinin qiymətləri dəyişir. Hansı ərazilərdə artıq yerlər yoxdursa, biz oralarda qiymətlərin artdığını görürük. Bu tendensiya sürətli formada gedir. Bu hal insanlarımızı da müəyyən mənada narahat edir", - o deyib.

Deputatın sözlərinə görə, dövlət tərəfindən müəyyən addımlar atılır:

"Son illər bəzi yeni qəbiristanlıqların yaradılması onu göstərir ki, dövlət bu məsələyə diqqətlə yanaşır. Biz prosesin necə tənzimlənməsi və qiymətlərin artmaması üçün nə edilə biləcəyi barədə ciddi düşünməliyik".

İlahiyyatçı Tural İrfan bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, ölkədə qəbir yerləri pulsuzdur.

"Bu məsələdən qaynaqlanan digər məsələlərin həlli bələdiyyələrə aiddir. Dəfn işləri ilə əlaqədar təklif edilən xidmətlərin müəyyən məbləğdə qarşılığı nəzərdə tutulur. Qəbir yerlərinin satılması, yaxud baha qiymətə olması kimi hallar, əsasən, bələdiyyələrə və onların sahəsinə aiddir.

Araşdırmalar göstərir ki, qəbir yerləri bəzən çox baha qiymətə satılır. Bunun da müxtəlif səbəbləri var. Təbii ki, bələdiyyələrin iştirakı olmadan heç kəs qəbir yeri sata bilməz. Bəzən də müəyyən işbazlar, dəllallar müəyyən torpaq sahəsi əldə edərək onu satırlar. İnsanların bununla bağlı narazılıqları mütəmadi şəkildə qeyd edilir. Yaxşı olar ki, bu halların daha şəffaf tənzimlənməsi üçün nəzarət ciddiləşdirilsin".

İlahiyyatçı qeyd edib ki, bələdiyyələr, əsasən, qeydiyyatsız yaşayan sakinlərə bu yerləri pulla verirlər:

"Bəhanə bu olur ki, harada qeydiyyatdasansa, orada dəfn olunmalısan. Sənədsiz evlərin çoxluğuna görə də əksər vətəndaşlar yaşadıqları yerdə daimi, yaxud müvəqqəti qeydiyyatda olmurlar. Yəni bu problemin bir neçə yöndən həllinə böyük ehtiyac var. Bəzən də imkanlı şəxslər, yaxud məmurlar nüfuzundan istifadə edərək, qəbiristanlıqlarda pulla böyük əraziləri alırlar. Beləcə yerlər azalır, digərlərinə təklif etməyə yer qalmır, yaxud yenə pulla satılır. Qəbiristanlıqların idarə edilməsində islahatlara ehtiyac var. Standart qəbir daşları, qəbir yerləri məsələsinə təzədən baxılmalıdır".

Rusiyada miqrantların “qara günləri” başlayır like
  • 24 May 14:45  
Digərləri Rusiyada miqrantların “qara günləri” başlayır

Rusiyada miqrantlara birdən çox telefon nömrəsi işlətmək qadağan edilə

arrow Ətraflı
BAKU FASHION WEEK payız/qış 2025–2026 mövsümü uğurla başa çatdı  FOTO like
  • 24 May 14:14  
Kriminal BAKU FASHION WEEK payız/qış 2025–2026 mövsümü uğurla başa çatdı FOTO

Üç gün ərzində Konqres MərkəzindəkeçiriləntədbirAzərbaycanın və d�

arrow Ətraflı
"Anam məni dünyaya gözəl gətirib" like
  • 24 May 14:00  
Şou-biznes "Anam məni dünyaya gözəl gətirib"

“Qurban olduğum məni gözəl yaradıb”

arrow Ətraflı
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə CƏZA VERİLDİ like
  • 24 May 13:48  
Digərləri Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə CƏZA VERİLDİ

Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülərək o

arrow Ətraflı
Abdullah Gül uzun müddət sonra görüntüləndi  FOTO like
  • 24 May 13:36  
Digərləri Abdullah Gül uzun müddət sonra görüntüləndi FOTO

Uzun müddətdir ictimaiyyətin diqqətindən uzaq yaşayan Türkiyənin 11-ci p

arrow Ətraflı
Bakıda məşhurlaşan qurbağa əti like
  • 24 May 13:27  
Digərləri Bakıda məşhurlaşan qurbağa əti

Son illərdə dəniz məhsulları ilə yanaşı, ölkəmizdə qurbağa ətinə d

arrow Ətraflı
Zelenski və Putin arasında görüş planlaşdırılır like
  • 24 May 13:17  
Dünya Zelenski və Putin arasında görüş planlaşdırılır

Kiyev Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin

arrow Ətraflı
İnterpolun axtardığı azərbaycanlı Monteneqroda SAXLANILDI like
  • 24 May 13:03  
Digərləri İnterpolun axtardığı azərbaycanlı Monteneqroda SAXLANILDI

Monteneqro Rusiyanın tələbi ilə dələduzluqda şübhəli bilinən azərbayc

arrow Ətraflı
Heç kim Anceli Colinin gözlərinin içinə BAXA BİLMİR like
  • 24 May 12:49  
Şou-biznes Heç kim Anceli Colinin gözlərinin içinə BAXA BİLMİR

"Hollivud"un ən cazibədar və tələbatlı ulduzlarından olan Ancel

arrow Ətraflı
İstirahət günü hava like
  • 24 May 12:45  
Digərləri İstirahət günü hava

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
"Toyota Alphard"da təhlükə aşkarlandı – like
  • 24 May 12:24  
Digərləri "Toyota Alphard"da təhlükə aşkarlandı –

Toyota Rusiyada satılmış bəzi Alphard mikroavtobuslarını geri çağırdı

arrow Ətraflı
Körpü tikintisində bədbəxt hadisə: like
  • 24 May 12:11  
Digərləri Körpü tikintisində bədbəxt hadisə:

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

arrow Ətraflı
AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq like
  • 24 May 12:02  
Digərləri AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq.

arrow Ətraflı
Həftəsonu səfərə çıxanların NƏZƏRİNƏ like
  • 24 May 11:57  
Digərləri Həftəsonu səfərə çıxanların NƏZƏRİNƏ

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

arrow Ətraflı
4 BÜRCƏ pul yağışı  Həftə sonu gözlənilməz qazanc fürsətləri like
  • 24 May 11:45  
Digərləri 4 BÜRCƏ pul yağışı Həftə sonu gözlənilməz qazanc fürsətləri

Bu həftə sonu səma bəzi bürclərə sürpriz maliyyə fürsətləri vəd edi

arrow Ətraflı