Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadları
Digərləri 21 May 2025 04:04:00 56 0
Cəmiyyətimizdə hələ də hamiləlik və ailə planlaması məsələlərinə qarşı maariflənmə səviyyəsinin aşağı olması bir çox qadının həyatı üçün ciddi təhlükələr yaradır. Arzuolunmaz və ya planlaşdırılmamış hamiləliklə qarşılaşan qadınların bir qismi çıxış yolunu abortda görür. Təəssüf ki, bu zaman bəziləri qeyri-peşəkar üsullara əl ataraq öz sağlamlıqlarını və həyatlarını riskə atırlar. Ən narahatedici məqam isə bəzi hallarda abortun sosial və mədəni təzyiqlər, xüsusilə də dölün cinsiyyəti ilə bağlı qərarlarla əlaqəli olmasıdır.
Bu xəbəri də oxu: Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq…
Son.az xəbər verir ki, hamiləliyi özbaşına sonlandırmaq cəhdləri bəzi qadınlar üçün faciəvi sonluqla nəticələnir. İstər arzuolunmaz hamiləlik, istərsə də dölün qız olması kimi səbəblərdən abort ilk seçimə çevrilir. Hazırda Azərbaycan abortların əhali sayına nisbətinə görə dünyanın ön sıralarında yer alır. Bu acı statistika təkcə rəqəmlərlə deyil, həm də qadın həyatı və sağlamlığı baxımından dərin narahatlıq doğurur.
Ginekoloq Fidan Əliyeva qeyd edir ki, bu cür dərmanların apteklərdə reseptsiz satılması qanunla qadağandır və onların nəzarətsiz istifadəsi ölümcül nəticələr doğura bilər:
"Qadınlar hamilə olduqlarından şübhələndikləri an, heç bir həkim məsləhəti olmadan apteklərə müraciət edirlər. Bəzi hallarda bu üsul nəticə verir, lakin çox zaman ağır qanaxmalar və həyati təhlükə ilə nəticələnir. Elə hallar olub ki, qadını xəstəxanaya çatdırmaq mümkün olmayıb," - deyə F. Əliyeva vurğulayır.
Digər ginekoloq Leyla Sadıqlı isə bildirir ki, qanunvericiliyə əsasən, qadınlar hamiləliyin 12-ci həftəsinə qədər abort etdirə bilərlər. Lakin bu müddətdən sonra həyata keçirilən abortlar "gecikmiş abort" hesab olunur və qadının sağlamlığı üçün ciddi təhlükələr yaradır.
"Çox təəssüf ki, bəzi qadınlar dölün cinsiyyəti məlum olduqdan sonra - yəni hamiləliyin 12-ci həftəsində - abort qərarı verirlər. Xüsusilə qız uşağına hamilə olduqda bu cür müraciətlər artır. Ancaq bu gecikmiş abortlar zamanı infeksiya, uşaqlıq boşluğunun zədələnməsi, ciddi qanaxma və ikincili sonsuzluq kimi ağırlaşmalar müşahidə olunur," - deyə həkim xəbərdarlıq edir.
Mütəxəssislər düşünürlər ki, abortun bu qədər yayılmasının əsas səbəbi hamiləlikdən qorunma vasitələri ilə bağlı maarifləndirmənin az olmasıdır. Hamiləlikdən qorunmaq üçün ən geniş yayılan üsullardan biri spiral olsa da, dərialtı implantlar və ya hormonal həblər də effektiv üsullar sırasındadır. Təəssüf ki, bu metodlardan istifadə etməyən qadınlar daha tez-tez arzuolunmaz hamiləliklə qarşılaşır və nəticədə aborta üz tuturlar.
Abort yalnız bir tibbi müdaxilə deyil, qadının gələcək sağlamlığına təsir edən, psixoloji və sosial nəticələri olan ciddi bir qərardır. Bəzi hallarda qadınlar abortun fəsadlarını dərhal hiss etmirlər. Fəsadlar bir neçə həftə, ay və ya illər sonra ortaya çıxa bilər.
Həkimlər və mütəxəssislər deyir ki, abort son çarə deyil. Ailə planlaması, qorunma üsullarının düzgün istifadəsi və cəmiyyətin bu məsələdə maariflənməsi abort göstəricilərinin azalmasına səbəb ola bilər.
Asya Son.az
Gün ərzində nə qədər yorğun olsanız da, bəzən gecələr yuxuya getmək

Texnologiya nəhəngi "Microsoft"un həmtəsisçisi Bill Gates süni i

Günəş kremi dəri sağlamlığını qorumaq və günəşin zərərli UV şüa

Mars səthində onilliklərdir müşahidə edilən və suyun varlığına işar�

Ağ Evdə keçirilən mətbuat brifinqində uşaqlar jurnalistləri əvəz edibl

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Müğənni Şəbnəm Tovuzlunun atasının səhhətində problem yaranıb.

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən "Louvre Plaza

"İkinci əl avtomobil bazarında durğunluq günü-gündən artır".

Etibarnamə ilə aldığı avtomobil üzrəində həbs olduğu üçün cərimə

Bir çox evdar qadınların evdəki otaq güllərinin dibinə sarımsaq basdırd

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə
