Bakıda AQEMin Biznes Şurasının 8ci Plenar İclası və Biznes Forumu keçirilib
Digərləri 20 May 2025 19:12:00 63 0
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
Bu xəbəri də oxu: Elçilikdən sonra qızın bibisi oğlunu öldürən şəxsin cəzası bilindi
Mayın 20-də Bakıda KOBİA və AQEM Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu keçirilib.
Hibrid formatda təşkil olunan tədbirlərdə AQEM-ə üzv dövlətlərdən ümumilikdə 250-dən çox rəsmi şəxs və iş adamı iştirak edib. Tədbirlərin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır.
AQEM-in Biznes Şurasının Plenar İclasında üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə KOB-ların inkişafını təşviq edən əsas məsələlər - KOB-ların rəqəmsallaşdırılması, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, "ağıllı şəhər" təşəbbüsləri və yaşıl transformasiya kimi mövzular üzrə müzakirələr aparılıb.
İclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək təşkilatın fəaliyyəti, Azərbaycanın AQEM-ə sədrliyi, AQEM Biznes Şurasının əhəmiyyəti, üzv ölkələr arasında iqtisadi əməkdaşlıq, əlaqələrin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.
Sonra üzv dövlətlərdən - Qazaxıstan, Rusiya, Tailand, Türkiyə, Çin, Hindistan, Qırğızıstan, Fələstin və Özbəkistanın sənaye və ticarət palatalarının, investisiyaların təşviqi agentliklərinin, sahibkarlıqla bağlı təşkilatlarının nümayəndələri tərəfindən sənaye əməkdaşlığı və KOB-ların qlobal dəyər zəncirində iştirakı, rəqəmsallaşma, AQEM-ə üzv dövlətlər arasında qadın sahibkarlığının inkişafı, KOB-ların yaşıl keçidi, sərhədlərarası ticarət və e-ticarət, KOB-ların investisiyalarını dəstəkləyən institusional çərçivələr mövzularında təqdimatlar keçirilib.
İclasda həmçinin AQEM çərçivəsində qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər və təşəbbüslərə, eləcə də AQEM-in Biznes Şurasının 2026-cı ildə keçiriləcək 9-cu Plenar İclasına dair fikir mübadiləsi aparılıb.
AQEM-ə üzv dövlətlərin rəsmi şəxslərini və iş adamlarını bir araya gətirən AQEM-in 10-cu Biznes Forumunda isə biznes sahəsində çağırışlar və imkanlar, yeni tərəfdaşlıqların qurulması və investisiya imkanlarının təşviqi üzrə çıxış və müzakirələr aparılıb. Mövzu üzrə AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Respubikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO icraçı direktoru Yusif Abdullayev fikir və təkliflərini bölüşüblər.
Biznes forumda "AQEM regionunda KOB-ların rəqabətqabiliyyətliliyinin gücləndirilməsi" və "Dayanıqlılıq və qadınların KOB sahəsindəki rolu" mövzularında panel müzakirələr təşkil olunub. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə Qazaxıstan Respublikasının "Biznes, Cəmiyyət və Hökumətlə Əlaqələr Assosiasiyası" İctimai Birliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. AQEM Katibliyinin koordinasiyası ilə hazırlanmış "AQEM regionunda KOB inkişafı üzrə e-kitab" layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, bu layihə üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsini təşviq etməyə yönəlib.
Həmçinin, biznes forum çərçivəsində Azərbaycan KOB-larının istehsal etdiyi qida və qeyri-qida məhsullarından ibarət kiçik sərgi təşkil olunub.
Yaralı vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmi�

Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyə də

Rusiyanın "İnsayt Lyudi" prodüser agentliyi bloger Hüseyn Həsəno

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyası

Xalq artisti Röya Ayxan yenidən geyimi ilə diqqət mərkəzinə düşüb.

Azərbaycan Respublikası tərəfindən 1996-1997-ci illərdə buraxılan və ko

Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Hə

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh

Türk musiqisinin sevilən sənətçisi Nazan Öncel keçən həftə qəfil səh

Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkila

Bəzi bürc əlamətləri ulduzların dəstəyi ilə 100 yaşa qədər yaşamağ

Sığortaolunanın əmək pensiyası hüququ müəyyən edilən zaman orqanizmin

İstanbulun Küçükçekmece rayonunda yaşayan 41 yaşlı E.Ö. gecə saatları
