IDEA Kür çayının Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası keçirib FOTO
Digərləri 19 May 2025 14:10:00 79 0
IDEA İctimai Birliyi tərəfindən Kür çayının sahilində və Xəzər dənizinə birləşdiyi hissəsində ənənəvi təmizlik aksiyası təşkil edilib.
Bu xəbəri də oxu: Bakıda qəzada ölən 21 yaşlı Əşrəfin FOTOsu
Bu barədə IDEA-dan məlumat verilib.
Bildirilib ki, Neftçala rayonunun ərazisində keçirilən və 100-dən çox IDEA könüllüsünün iştirak etdiyi aksiyada sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlar istifadə edilərək Kür çayı və onun sahilləri müxtəlif məişət tullantıları, balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torları və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizlənib:
"Bu cür alətlər və yığılan məişət tullantıları balıqların kürüləmə dövrünə təsadüf edən cari aylarda daha ciddi təhlükə yaradır. Balıqların çoxalmaq üçün çayın dənizlə qovuşduğu bu əraziyə toplandığı bir vaxtda həm onların tutulması, həm də kürüləmə üçün seçdikləri sahil və dayaz suların çirklənməsi Xəzərin gələcək bioresurslarına birbaşa zərbə vurur".
Vurğulanıb ki, həyata keçirilən tədbirlər nəticəsində 2.5 tondan çox tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına mənfi təsirləri barədə məlumat verilib.
"IDEA İctimai Birliyi verilən texniki dəstəyə görə Dövlət Sərhəd Xidmətinə, eləcə də aksiyaya qoşulan bütün təbiətsevərlərə göstərdikləri fəallığa və sağlam ətraf mühit naminə verdikləri töhfəyə görə təşəkkürünü bildirir. IDEA hər kəsi təbiətin mühafizəsi təşəbbüslərinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə və həyata keçirilən tədbirlərə könüllü qismində qoşulmağa çağırır", - məlumatda qeyd edilib.
IDEA Könüllüsü olmaq üçün müraciət forması.
Mili.Az
ABŞ prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan Amerikanın k

Türkiyəli məşhur müğənni Ziynet Salinin vəziyyəti pişləşib.

Terror qruplaşmasının fəaliyyətində iştirak edən şəxslər saxlanılara

Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi ilə bağ

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğ

Milli Müdafiə Universitetinin tabeliyindəki hərbi təhsil müəssisələrind

ETH Zürix universitetində çalışan alimlər elektronika tullantılarından q

Bakıda yerləşən 200 saylı məktəb-lisey kompleksinin direktoru işində

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi �

Bakıda Bakubus avtobusu ilə "Toyota Fielder" toqquşub.

Mayın 16-na keçən gecə Şabranda Vətən müharibəsi qazisi 23 yaşlı Akif

Son illərdə zərgərlik bazarında etibarsızlıq getdikcə artır. İstər ni

Atatürkün studiyada çəkilmiş nadir görüntüləri ilk dəfə yayımlanıb
