Lənkəranda yanğın törədən şəxs saxlanılıb
Digərləri 11 Ağu 2025 15:10:00 67 0
Avqustun 5-də Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu haberi de oku: Türkiyədə daha bir neçə zəlzələ oldu
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Son.az-a bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb.
E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Kaynak: milli.az