TƏBİB açıqladı: Bu məlumatlar da elektronlaşdırıldı
Digərləri 11 Ağu 2025 19:14:00 75 0
İcbari Tibbi Sığortanın, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində "mygov" platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub.
Bu haberi de oku: İsmayıllıda "Mercedes" körpüdən aşdı, alışdı Xəsarət alanlar var
TƏBİB-dən verilən məlumata görə, vətəndaşlar bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış ola, həmçinin həmin məlumatları yükləyə bilərlər.
Qeyd edək ki, bu məlumata veb sayt üzərindən "Tibb məlumatlarım" bölməsi, mobil tətbiqdə isə "Sağlamlıq" kateqoriyası vasitəsilə rahat şəkildə çıxış imkanı mövcuddur.
Kaynak: milli.az