Biləsuvarda ağır qəza: 2 nəfər öldü, 3 nəfər yaralandı FOTO
Digərləri 11 Ağu 2025 21:45:00 82 0
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Bu haberi de oku: Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik Rus general
Son.az APA-ya istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21015" markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Habere ait video
Kaynak: milli.az