Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi


Digərləri 11 Ağu 2025 19:00:00 93 0

Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verildi

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərar hakimin öz müraciəti əsasında qəbul olunub.

A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.

Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.