İsmayıllıda "Mercedes" körpüdən aşdı, alışdı Xəsarət alanlar var
Digərləri 11 Ağu 2025 00:02:00 74 0
İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.
Bu haberi de oku: Saç əkdirməyə ehtiyac yoxdur 3 aya tük çıxardır
Son.az report-a istinadən xəbər verir ki, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.
Hadisə zamanı avtomobildə olan 3 nəfər ağır xəsarətlər alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.
Yaralılar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fakt araşdırılır.