Qaxa dincəlməyə getmişdi, hovuzda öldü


Digərləri 10 Ağu 2025 23:50:00 78 0

Qaxa dincəlməyə getmişdi, hovuzda öldü

Qaxa istirahətə gedən Kürdəmir sakini ölüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Əliabbas oğlu Qaxın Ağçay kəndində hovuzda çimərkən anidən halı pisləşib.

O, Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Habere ait video