Türkiyədə daha bir neçə zəlzələ oldu
Digərləri 11 Ağu 2025 09:00:00 76 0
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirir ki, Balıkesir vilayətində, Sındırgı bölgəsində baş vermiş güclü zəlzələdən sonra təkrar təkanlar hələ də davam edir.
Bu haberi de oku: “iPhone 17 Pro”da gözlənilməz yenilik Ləğv edilir...
Son üç saat ərzində maqnitudası 1,5-dən 4,4-ə qədər dəyişən təxminən 45 yeraltı sarsıntı qeydə alınıb.
Ən güclü artçı təkan yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə 05:55), zəlzələ ocağının 10 km dərinlikdə yerləşdiyi Sındırgı ərazisində baş verib. Mövcud məlumata görə, təkan nəticəsində tələfat və dağıntılar qeydə alınmayıb.
Xatırladaq ki, bazar günü axşam saatlarında eyni ərazidə 6,1 maqnitudalı zəlzələ baş verib. Bu hadisə nəticəsində bir nəfər həyatını itirib, 29 nəfər xəsarət alıb, təxminən 10 bina dağılıb.
Kənan Son.az