“iPhone 17 Pro”da gözlənilməz yenilik Ləğv edilir...
Digərləri 11 Ağu 2025 12:00:00 70 0
"Apple"ın yeni "iPhone 17 Pro" modeli sentyabr ayında bir çox bazarda təqdim ediləcək.
Bu haberi de oku: G1 səviyyəli geomaqnit qasırğası olacaq Rəsədxana
Son.az xəbər verir ki, məlumata görə, telefonun 128 GB yaddaş seçimi olmayacaq və baza modeli 256 GB-dan başlayacaq. Bu dəyişikliklə birlikdə, cihazın qiymətində də artım gözlənilir.
Hazırda satışda olan "iPhone 16 Pro" 128 GB, 256 GB, 512 GB və 1 TB yaddaş variantları ilə təqdim olunur. Yeni modelin isə baza qiymətinin əvvəlki modeldən təxminən 50 dollar baha olacağı bildirilib.
"iPhone 17 Pro A19 Pro çipset, 12 GB RAM və yenilənmiş kamera sistemi ilə gələcək. Yeni cihazda 8x optik zumu dəstəkləyən 48 meqapiksellik telefoto obyektiv, yeni buxar kamerası soyutma sistemi, cızıqlara davamlı və əks etdirməyən ekran örtüyü olacaq.
Son sızıntılarda həmçinin "iPhone 17 Pro"nun sınaq mərhələsində olan görüntüləri və batareya prototipi ortaya çıxıb. "Apple"ın "iPhone 17" seriyasını sentyabrın 9-da təqdim etməsi gözlənilir.
Fidan Son.az