Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?
Digərləri 12 Ağu 2025 01:01:00 65 0
Xəbər veridyimiz kimi, 11 avqustdan 15 avqusta qədər Yer üzündə bir çox insan üçün çətin keçəcək. Alimlərin proqnozlarına görə, bu dövrdə geomaqnit aktivliyi artacaq ki, bu da xüsusilə xroniki xəstəlikləri və sinir sistemi pozğunluğu olanlar üçün sağlamlıq problemləri yarada bilər.
Bu haberi de oku: 22 yaşlı gəncə ömürlük həbs verildi
Bəs maqnetik fırtınaların pik həddi nə vaxt olacaq, əlamətləri nədir və sağlam qalmaq üçün nə etmək lazımdır?
11-15 Avqust üçün maqnetik fırtına proqnozu
NASA və NOAA-nın məlumatına görə:
11 avqust, Bazar ertəsi: Aktiv dövr başlayır. Qırmızı səviyyəli G1 fırtınası (K-indeksi 5) gözlənilir. Artıq bəzi insanlarda narahatlıq simptomları hiss oluna bilər.
12 avqust, Çərşənbə axşamı: G1 maqnetik fırtınası pik həddə çatacaq (K-indeksi 5).
13 avqust, Çərşənbə: G2 səviyyəli güclü maqnetik fırtına gözlənilir. Bu ən təhlükəli gündür, sağlamlığa xüsusi diqqət yetirilməlidir.
14 avqust, Cümə axşamı: Aktivlik zəifləyəcək, lakin orta səviyyəli maqnetik dalğalanmalar (K-indeksi 4) davam edəcək.
15 avqust, Cümə: Maqnetosfer sakitləşməyə başlayacaq, yalnız zəif lokal fırtınalar (K-indeksi 3) gözlənilir.
Maqnetik fırtına nədir və bizi niyə təsirləndirir?
Maqnetik fırtınalar Günəşdə baş verən güclü alovlanmalar nəticəsində yaranır. Bu alovlanmalar zamanı yüksek enerjili zərrəciklər kosmosa atılır və bir neçə gün ərzində Yerə çataraq maqnetosfer ilə qarşılıqlı əlaqəyə girir. Bu zaman Yer maqnit sahəsində dəyişikliklər yaranır ki, bu da "geomaqnit fırtına" adlanır.
Çox insan bu təsiri hiss etməsə də, hava həssaslığı olanlar, ürək-damar, sinir sistemi və xroniki xəstəliklərdən əziyyət çəkənlər bu dövrdə narahatlıq keçirə bilərlər.