G1 səviyyəli geomaqnit qasırğası olacaq Rəsədxana
Digərləri 11 Ağu 2025 12:11:00 71 0
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu haberi de oku: QAZ31 traktorla toqquşdu: Ata və oğlu xəsarət aldı
Rəsədxanadan Son.az-a bildirilib ki, hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, əsasən M sinif alışmalar qeydə alınıb.
"Yerə yönəlmiş tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 155 ləkə və cənub yarımkürəsində böyük tac dəliyi müşahidə olunur.
Günəş küləyinin maksimal sürəti saniyədə 839 kilometrədək artıb.
Hazırda Günəş küləyinin sürəti saniyədə 534 kilometrdir.
Günəş ləkəsi mərkəzi meridian yaxınlığında yerləşdiyindən və tac dəliklərinin də əlavə təsiri nəticəsində avqustun 8-10-da G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Hazırda kosmik hava aktivdir.