Tanınmış aparıcı Ukraynada axtarışa verildi


Digərləri 11 Ağu 2025 15:28:00 75 0

Tanınmış aparıcı Ukraynada axtarışa verildi

Teleaparıcı və Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman 2022-ci ildən etibarən Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

Son.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd olunub.

Məlumatda bildirilir ki, Vasserman 2022-ci ilin aprelində axtarışa verilib. O, 2017-ci ildə Rusiya vətəndaşlığını alıb. Ukraynada ona qarşı separatizm maddəsi üzrə cinayət işi açılıb.

Həmçinin, onun adı ekstremist sayılan "Mirotvorets" saytının məlumat bazasında da yer alır.

Fidan Son.az