QAZ31 traktorla toqquşdu: Ata və oğlu xəsarət aldı


Digərləri 11 Ağu 2025 09:35:00 97 0

QAZ31 traktorla toqquşdu: Ata və oğlu xəsarət aldı

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az xəbər verir ki, hadisə rayonun Abdulabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Qara Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə həmkəndlisi Elnur Qasımovun idarə etdiyi "Belarus" markalı traktor toqquşub.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qara Həsənov, 1984-cü il təvəllüdlü Elnur Qasımov, traktorda olan sərnişinlər - 1993-cü il təvəllüdlü Bayram Babayev və onun 2016-cı il təvəllüdlü oğlu M.Babayev yüngül xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Habere ait fotoğraflar