Bakıda saat 18:00dan bu yol bağlanır


Digərləri 11 Ağu 2025 16:25:00 92 0

Bakıda saat 18:00dan bu yol bağlanır

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 11 avqust saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Son.az xəbər verir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.