Türkiyədə güclü zəlzələ oldu Bina çökdü
Digərləri 10 Ağu 2025 21:25:00 93 0
Balıkesirdə baş verən zəlzələ nəticəsində bir bina çöküb.
Bu haberi de oku: Meteohəssas insanların nəzərinə
--------
21:14
Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Balıkesirdə baş vermiş zəlzələ ilə bağlı açıqlama verib.
Hər hansı mənfi bir halın olmadığını bildirən Yerlikaya bunları deyib:
"Balıkesir Sındırğıda 6,1 bal gücündə zəlzələ baş verib. İstanbul və ətraf əyalətlərdə də hiss olunan zəlzələ ilə bağlı AFAD və aidiyyəti qurumların bütün briqadaları dərhal ərazidə yoxlamalara başlayıb. Hazırda hər hansı mənfi hal qeydə alınmayıb. Hadisəni anbaan izləyirik".
------
21:05
Türkiyədə yenə zəlzələ olub.
Son.az xəbər verir ki, Balıkesirin Sındırgı ilçəsində 6.1 bal gücündə zəlzələ baş verib.
AFAD-ın məlumatına görə zəlzələ saat 19:53-də, yerin 11 km dərinliyində qeydə alınıb.
Zəlzələ yalnız Sındırgıda deyil, həmçinin İstanbul, Bursa, Balıkesir, Kocaeli və ətraf bölgələrdə də hiss olunub. Marmara bölgəsində geniş ərazini əhatə edən sarsıntı sakinlər arasında narahatlıq yaradıb.
Rəsmi qurumlar tərəfindən əhaliyə diqqətli olmağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edirlər.
Hadisə ilə bağlı əlavə məlumatlar daxil olduqca yeniləmələr veriləcək.