Azərbaycan qazı Suriyaya çatdı


Digərləri 09 Ağu 2025 22:00:00 92 0

Azərbaycan qazı Suriyaya çatdı

Türkiyə-Suriya qaz kəməri ilə nəql edilən təbii qaz Suriyanın mərkəzində yerləşən Homs əyalətindəki Cender qaz elektrik stansiyasına çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, növbəti mərhələdə qaz Cender elektrik stansiyasından Dəməşq yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.

Qaz elektrik stansiyalarının klapanları Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs valisi Əbdürrəhman əl-Amın iştirakı ilə açılıb.

Diyab qeyd edib ki, Azərbaycandan təbii qaz artıq Türkiyə üzərindən Cender stansiyasına verilir.


Habere ait video