Yağış, şimşək, şimalqərb küləyi İstirahət gününün


Digərləri 09 Ağu 2025 12:30:00 110 0

Yağış, şimşək, şimalqərb küləyi  İstirahət gününün

Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +24 dərəcədən +27 dərəcəyədək, gündüz +32 dərəcədən +35 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.