Ermənistanda zəif zəlzələ qeydə alınıb
Digərləri 10 Ağu 2025 17:36:00 74 0
Bu gün Ermənistanın Geğarkunik vilayətində zəlzələ baş verib. Yeraltı təkanlar Martuni şəhərindən 6 kilometr şimal-qərbdə qeydə alınıb.
Bu haberi de oku: "Bugatti" eksklüziv hiperkarını təqdim etdi 18 milyonluq şah əsər FOTO
Son.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmomüdafiə Xidməti şəbəkəsinin yaydığı məlumata görə, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə, maqnitudası isə 2,1 olub.
Zəlzələnin episentrində təkanların gücü 2-3 bal, Geğarkunik vilayətinin Tsakkar kəndində isə 2 bal gücündə hiss olunub.
Kaynak: milli.az