Gözlərinizi qoruyun: Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş
Digərləri 10 Ağu 2025 14:46:00 88 0
Gündəlik həyatımızda göz sağlamlığını çox zaman ikinci plana atırıq. Halbuki bəzi səmərəli və sadə vərdişlər görməni qorumaqla yanaşı, onun yaxşılaşmasına da kömək edə bilər.
Bu haberi de oku: Tərtərdə it sahibini parçaladı
Son.az xəbər verir ki, rusiyalı oftalmoloq Anton Kazantsev, "gazeta.ru"ya verdiyi açıqlamada görmə qabiliyyətini gücləndirən əsas vərdişləri sadalayıb:
20-20-20 qaydası
Kompüter və telefon qarşısında uzun müddət vaxt keçirmək gözlərin gərginləşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün hər 20 dəqiqədən bir, 20 saniyə ərzində, təxminən 20 metr məsafədə olan bir obyektə baxmaq tövsiyə olunur. Bu vərdiş göz yorğunluğunu azaldır və miopiya riskini aşağı salır.
Şüurlu və müntəzəm göz qırpma
Monitor qarşısında çalışan insanlar adətən normaldan 5 dəfə az göz qırpır, bu da quru göz sindromu və qızartı ilə nəticələnə bilər. Hər saatda bir dəfə, 10-15 dəfə yavaş və tam şəkildə göz qırpmaq, gözlərin nəmliliyini təmin edir.
İşıq balansına diqqət
Zəif işıqda oxumaq zərərli olmasa da, qaranlıq otaqda parlaq ekranla işləmək gözlərə mənfi təsir edir. Ən ideal vəziyyət, ekranın və otaq işığının parlaqlığının bir-birinə uyğun olmasıdır.
Görmə üçün doğru qidalanma