Ağdam və Xocavənddə baş verən yanğınlar söndürülüb


Digərləri 10 Ağu 2025 12:45:00 59 0

Ağdam və Xocavənddə baş verən yanğınlar söndürülüb

Ötən gün Ağdam və Xocavənd rayonları ərazisində başlayan yanğınlar tam söndürülüb.

Son.az report.az-a istinadən xəbər verir ki, Xocavənd rayonun Çörəkli və Ağdam rayonunun Novruzlu kəndləri ərazisində baş verən yanğının Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları tərəfindən geniş ərazilərə yayılmasının qarşısı alınıb və tam söndürülüb.

Hazırda tüstülənmə müşahidə olunan yerlərdə qabaqlayıcı tədbirlər görülür.


Habere ait fotoğraflar