Qarpızın sağlamlığa zərərləri nələrdir?
Digərləri 09 Ağu 2025 19:25:00 69 0
Qarpız sağlamlıq üçün faydalı meyvə olsa da, bəzi hallarda zərərli ola bilər və müəyyən insanlara təsiri fərqli ola bilər.
Bu haberi de oku: İxtisas seçimi edəcək abituriyentlərin DİQQƏTİNƏ!
Son.az sizə qarpızın zərərlərini təqdim edir:
Qan şəkərinin artması: Qarpız təbii şəkərlərlə zəngindir, bu səbəbdən şəkər xəstələri və ya qan şəkəri yüksək olanlar onu çox miqdarda istehlak etməməlidir. Aşırı qarpız yemək qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.
Mədə-bağırsaq problemləri: Çox miqdarda qarpız yemək mədədə köp, qıcqırma və ishal kimi problemlərə yol aça bilər. Həzm sistemi həssas olan insanlar üçün risk daşıyır.
Alerji riski: Bəzi insanlarda qarpıza qarşı allergik reaksiyalar yarana bilər. Bu halda qaşınma, dəridə səpkilər və ya nəfəs darlığı kimi simptomlar görünə bilər.