Şagirdlərə qəbul haqda məlumat gəlib Nazirlik isə qəbulu dayandırıb


Digərləri 09 Ağu 2025 22:30:00 61 0

Şagirdlərə qəbul haqda məlumat gəlib  Nazirlik isə qəbulu dayandırıb

Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbi ötən əsrin 80-ci illərindən fəaliyyət göstərir. Onlarla tanınmış musiqiçi, eləcə də beynəlxalq və respublika müsabiqələrinin laureatlarını yetişdirən təhsil ocağına bu ildən qəbul dayandırılıb. 

Son.az xəbər verir ki, növbəti il üçün imtahan keçiriləndən və 70 şagirdə rəsmi məlumat daxil olandan sonra məktəbdə şagird qəbulunun dayandırıldığı məlum olub.

"Burada iki nəvəm təhsil alır. Bu il isə üçüncü nəvəm də qəbul olub. Amma xəbər gəlib ki, şagird qəbulu olmayacaq. İndi biz necə edək?", - valideynlərdən biri gileylənib.

Digər valideyn isə deyib ki, övladı 98 bal toplayıb. Övladının başqa məktəbdə təhsil almasını istəməyən ata, bunun uşağının təhsilinə də zərəri olacağını vurğulayıb. 

Mədəniyyət Nazirliyi tərəfindən Şəki şəhəri 3 nömrəli Uşaq Musiqi Məktəbinə 1-ci sinfə şagird qəbulunun dayandırılması haqda verilən məlumat valideynləri çaşqın hala salıb. Çünki növbəti tədris ili üçün imtahan verib yüksək bal toplayan 70-dən çox şagird var. Onlar iyun ayında qəbul imtahanında iştirak ediblər. Yekun balları da elektron qaydada elan olunub. 

Məktəbin direktoru Şəmsiyyət Əsgərova valideynlərin haqlı tələbini başa düşdüyünü, məsələ ilə bağlı Mədəniyət Nazirliyinə müraciət edərək 1 il möhlət verilməsini xahiş etdiklərini bildirib: