Çində magistrı yenicə bitirib qayıtmışdı Qəzada öldü FOTO
Digərləri 09 Ağu 2025 23:38:00 63 0
İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Bu haberi de oku: Avqust ayında maliyyə uğuru gözləyən 4 bürc İşdə böyük fürsətlər...
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün saat 08 radələrində rayonun Qurbanəfəndi kəndi ərazisində "Toyota" və "VAZ-21011" markalı avtomobillər toqquşub.
Nəticədə "Toyota"da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qeyd edək ki, yaxınlarının paylaşdığı məlumata görə Aydan bir ay əvvəl Pekin Universitetində magistr təhsilin bitirib qayıtmışdı.