İlqar Mustafayev “əmlak kralı” imiş Ağ Şəhərdən Şüvəlana qədər...
Digərləri 06 Ağu 2025 12:22:00 69 0
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin böyük "əmlak imperiyası"na sahib olduğu məlum olub. 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.
Bu haberi de oku: Bu günün valyuta məzənnələri
Son.az xəbər verir ki, qafqazinfo.az dəyəri 10 milyon manat qiymətləndirilən sözügedən varidatın siyahısını əldə edib.
Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır.
Xətai rayonunda - Ağ Şəhərdə, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində 7 lüks mənzil;
Elə həmin rayonda, Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 m² olan böyük obyekt;
Səbail rayonunda - Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;