Bu meyvə UCUZLAŞACAQ SƏBƏB
Digərləri 06 Ağu 2025 14:00:00 64 0
Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağlarında məhsulun məhv olmasına səbəb olub.
Bu haberi de oku: Biletlə azad olunmuş ərazilərə səfər edənlərə icazə avtomatik veriləcək
Son.az xəbər verir ki, fermerlərin sözlərinə görə, küləyin təsirindən məhsulun böyük hissəsi yerə tökülüb və yararsız hala düşüb:
"Armud bağımda məhsulun 70-80 faizi yerə tökülüb. Dərman aldığımız firmalara borcumuz var, bu qədər az məhsulla həmin borcları ödəyə bilməyəcəyik. Hər il bir hektardan 20-25 min manat gəlir əldə edirdik, bu il isə maksimum 2-3 min manat götürəcəyik", - deyə fermerlərdən biri bildirib.
Fermerlərin dediyinə görə, bağlarını sığortalaya bilməyiblər, çünki bunun üçün maddi imkanları yoxdur.