Biletlə azad olunmuş ərazilərə səfər edənlərə icazə avtomatik veriləcək
Digərləri 06 Ağu 2025 15:20:00 93 0
Avqustun 6-dan etibarən Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Bu haberi de oku: Ayaqlarınızı dəmlənmiş kofe ilə yusanız görün nə baş verər
Son.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu funksionallığın təmin edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.
"Biletim.az" portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.
Kaynak: milli.az