Rusiya Ukraynaya gecə hücumu təşkil etdi: Ölən və yaralananlar var


Digərləri 06 Ağu 2025 14:29:00 71 0

Rusiya Ukraynaya gecə hücumu təşkil etdi: Ölən və yaralananlar var

Rusiya avqustun 4-dən 5-nə keçən gecə Ukrayna ərazilərinə "İskəndər-M" raketi və 46 "Şahed" dronu ilə hücum edib.

Son.az xəbər verir ki, Ukrayna 29 dronu vurub, 17 dron və bir raket hədəfə çatıb. Xarkovda yaşayış binaları və enerji obyektləri zədələnib, Lozovada dəmir yolu infrastrukturu atəşə tutulub, 1 işçi həlak olub, 10 nəfər yaralanıb.

Ukrayna cavab olaraq Rostovda dəmir yoluna hücum edib, yanğınlar olub, itki yoxdur. Rusiya 24 Ukrayna PUA-sını vurduğunu bildirib.

Asya Son.az