Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab çap olundu FOTO


Digərləri 06 Ağu 2025 13:51:00 75 0

Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab çap olundu  FOTO

Əməkdar mədəniyyət işçisi, yazıçı -publisist,  "Olaylar" qəzetinin baş redaktoru, tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən "Munis yazılar - 1" adlı yeni kitabı çapdan çıxıb.

Son.az xəbər verir ki, kitab müstəqil ədəbi qurum olan "Yazarlar" jurnalı tərəfindən həyata keçirilmiş "Yunus Oğuz - 65"  layihəsinin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda,  eyni zamnda "olaylar.az", "yazarlar.az", "zefernews.az" və digər saytlarda yayımlanmış Yunus Oğuzun 65 illik yubileyi münasibətilə ölkənin tanınmış ziyalılarının məqalələri - ürək sözləri, səmimi dost arzuları  əsasında ərsəyə gətirilib.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin "Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar" adlı giriş məqaləsində yubilyarın jurnalist və yazıçı kimi yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib.