Çin maşınları "MercedesBenz"i çökdürür
Digərləri 13 May 2025 21:00:00 66 0
Almaniyanın nəhəng avtomobil istehsalçıları Mercedes-Benz, BMW və Volkswagen bu ilin ilk rübündə kəskin mənfəət itkisi ilə üzləşib. Çin bazarındakı satışların azalması, xərclərin artması və ABŞ-ın yeni gömrük vergiləri bu geriləməyə səbəb olub.
Bu xəbəri də oxu: Türkiyəli müğənni vəfat etdi FOTO
Son.az xəbər verir ki, Mercedes-Benz-in mənfəəti 40,7 faiz, BMW-ninki 25,2 faiz, Volkswagen-in isə 37 faiz azalıb. Alman avtomobil mütəxəssisi Ferdinand Dudenhöffer bildirib ki, əsas səbəb Çin bazarındakı zəifləmələrdir. O deyib ki, Alman markaları Çin şirkətləri ilə əməkdaşlıq və texnologiya yatırımları sayəsində 2026-cı ildən etibarən yenidən yüksəlişə keçə bilər.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi 25 faiz əlavə gömrük vergisi Alman istehsalçılarını daha da sıxışdırır. Bu vəziyyət Alman şirkətlərinin diqqətini Asiya bazarına yönəldə bilər.
Alman avtomobil sənayesini həm də elektrikli maşınlara keçidin yaratdığı yüksək xərclər, proqram problemləri və tez-tez olan geri çağırmalar sıxır. Çıxış yolu kimi kütləvi ixtisarlar və başqa qənaət tədbirləri gündəmdədir.
Çində bir avtomobil üçün işçilik xərci təxminən 600 dollar, Almaniyada isə bu rəqəm 3.300 dollara qədərdir. Bu fərq Alman şirkətlərinin qlobal rəqabətdə vəziyyətini ağırlaşdırır.
Avtomobil sektoru Almaniya üçün hələ də həyati önəm daşıyır: ölkə iqtisadiyyatının 5 faizi, sənaye iş yerlərinin 14 faizi bu sahəyə bağlıdır. Sektorun illik ixracı 290 milyard avro təşkil edir və bu da Almaniyanın ümumi ixracının 17 faizinə bərabərdir.
Çində isə vəziyyət Almanlar üçün daha da çətinləşib. BYD, Nio və Geely kimi yerli brendlər bazara tam nəzarəti ələ almağa başlayıblar. Çin istehsalı olan ucuz və subsidiyalı elektrikli maşınların Avropaya axını isə Alman avtomobil sənayesi üçün daha böyük və uzunmüddətli təhlükə yaradır.
İslam Son.az
AzTV-də Azərbaycan şahmatının canlı əfsanəsi, beynəlxalq dərəcəli ha

Müğənni Sərxan Kərəmoğlu mübahisə yaşadığı prodüser Asif Kərimovd

Piknik edərkən bəzi rəngli paltarları geyinməmək tövsiyyə olunur.

Bu gün, mayın 13-də Bazeldə "Avroviziya 2025" beynəlxalq mahnı m

ABŞ prezidenti Donald Tramp Körfəz ölkələrinə ilk səfərini həyata keç

Xəbər verdiyimiz kimi, Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbi

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkən

Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının

Bu barədə texnologiya mütəxəssisləri xəbərdarlıq edib

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər

Teleaparıcı Jalə Həsənlinin başına iş gəlib.

Azərbaycan çayı əsrlər boyu həm bölgədə, həm də beynəlxalq səviyyə

Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb.

Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikas�
