“3cü Bakı Müasir Musiqi Günləri” Festivalı başlayır
Kriminal 13 May 2025 17:45:00 62 0
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 19-25 may tarixlərində "3-cü Bakı Müasir Musiqi Günləri" Festivalı keçiriləcək.
Bu xəbəri də oxu: Kuklaçılar beynəlxalq festivala gedir
Növbəti dəfə müasir musiqi sahəsində fəaliyyət göstərən yerli və xarici bəstəkar və ifaçılar bir araya gələcək. Bu ilki festivalın da missiyası ölkəmizin dünya müasir musiqi həyatında təmsilini gücləndirməkdir.
May ayının 19-dan 25-nə qədər davam edəcək festivalda proqrama daxil olan XX-XXI əsr bəstəkarlarının əsərlərini həm yerli musiqi kollektivləri Cadenza Contemporary Orchestra, BCMS Ensemble, Əkinçi kvarteti, Niyazi adına Dövlət Simfonik Orkestri, solistlər, həm də Almaniyanın nüfuzlu müasir musiqi ansamblı olan Der Gelbe Klang, eləcə də İsveçrə, Macarıstan, Ukrayna, Rusiya kimi ölkələrdən dəvət olunmuş ifaçılar - Cavad Cavadzadə, Szilard Benes, Avital Cohen, Flipp Fitin, Oleksi Murza və b. ifa edəcək.
Festival proqramı səhər, günorta, axşam seanslarından ibarətdir və ictimaiyyətə açıqdır. Proqram çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qara Qarayevin Ev Muzeyi, Muzey Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Nizami Kino Mərkəzi kimi aparıcı teatr-tamaşa və konsert zallarında həm peşəkar musiqiçilər, həm də müasir musiqi ilə maraqlanan hər kəs üçün açıq olan vorkşoplar və mühazirələr, eləcə də axşam konsertləri keçiriləcək.
Proqram dünya premyeraları da daxil olmaqla, 40-a yaxın əsəri əhatə edir. İfa olunacaq bəzi əsərlər xüsusi olaraq bu festival üçün yazılmışdır.
Bakı Müasir Musiqi Günləri Festivalının son günündə ənənəvi olaraq Azərbaycan dilində subtitrlərlə hazırlanmış nüfuzlu dünya bəstəkarlarından birinin həyatından bəhs edən film nümayişi həyata keçiriləcək (Robert Mugge - "George Crumb: The Voice of Whale" | "George Crumb: Balinanın səsi"). Bu tədbirə giriş üçün əvvəldən qeydiyyat tələb olunur (yerlər məhduddur).
Festival haqqında daha ətrafı məlumatı rəsmi internet saytından və sosial şəbəkə hesablarından (Facebook, İnstagram) əldə etmək olar.
https://www.facebook.com/share/19pjYkf4fN
/https://www.instagram.com/baku.contemporary.music.soc?igsh=ZWRieXg0eXR2M3E5
https://bakucontemporarymusic.my.canva.site/?fbclid=PAQ0xDSwKPCAZleHRuA2FlbQIxMQABp0wobAzZjahHRABhgSVOh1HIUZmoJvNV4QClZ--CSm8U0EtSrAduLmYyXkvp_aem_51AnGlINOLRPHaGcMdLNTA
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Bu gün maliyyə təhlükəsizliyiniz fiziki deyil, rəqəmsal hücum altındad�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı sülh danı�

19 may "Nostalji axşam" möhtəşəm qala konsert Bakıda! Bəstəkar

Son 4 ildə mənzil bazarında 55 faizə qədər qiymət artımı müşahidə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama ə

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi

Redington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki

Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acına

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə müzakirələrə çevrilən ç

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial media

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən B
