“Fransa Beynəlxalq Radiosu 100 ildən çoxdur ki, “etik kodeks”ini tapdalayır”


Digərləri 04 Fev 2024 16:31:00 200 0

“Fransa Beynəlxalq Radiosu 100 ildən çoxdur ki, “etik kodeks”ini tapdalayır”

Son.az XQ-nin media eksperti Müşfiq Ələsgərlinin yazısını təqdim edir:

Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin beynəlxalq müstəvidə rezonans doğurduğu aydan görünür. Ona yalnız Azərbaycanı deyil, bütövlükdə, regionu əhatə edəcək yeni proseslərin açar nöqtəsi kimi yanaşılır. Bu baxımdan 7 fevral prezident seçkiləri müxtəlif səviyyəli beynəlxalq platformalarda müzakirə edilir, geosiyasi kontekstdə dəyərləndirilir. Azərbaycan dövləti də bu həssaslığı nəzərə alır; seçkilərin demokratik, şəffaf formada keçirilməsi üçün bütün şərtləri təmin edir. 

Seçki prosesinin dəyərləndirilməsi üçün meyarlardan biri də şəffaflığın tə­min edilməsidir. Bu amili nəzərə alaraq, Azərbaycan seçki müşahidəçiliyi üzrə ix­tisaslaşmış həm yerli, həm də beynəlxalq təşkilatların 7 fevral seçkilərini izləmələri üçün lazımi şərait yaradıb. ATƏT-in De­mokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT PA, GUAM, beynəlxalq statuslu müşahidə missiyalarının akkreditasiyası təmin olunub. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 7 fevral seçkiləri üzrə 86 min 490 müşahidəçi akkreditasiyadan keçib ki, onların sırasında beynəlxalq müşahidə­çilərin sayı kifayət qədərdir. Seçkiləri 89 ölkədən 63 beynəlxalq təşkilatın 800-ə yaxın müşahidəçisi izləyəcək.

Milli media subyektləri ilə yanaşı, transmilli və transsərhəd KİV-lərin seçki prosesini işıqlandırmaları üçün də yetər­li şərait yaradılıb. MSK-nın məlumatına görə, indiyədək 63 xarici media quru­mundan 119 jurnalist akkreditasiyadan keçib. Yaponiyadan başlamış İtaliyaya qədər ən müxtəlif ölkələrin jurnalistləri 7 fevral seçkilərini izləmək üçün ölkəmizə gəliblər.

Xarici media qurumlarının necə dav­ranacağı məsələsinə gəlincə, əlbəttə, bu, onların özlərinin peşəkarlığına bağ­lıdır. Azərbaycan demokratik ölkədir, burada söz və ifadə azadlığı, plüralizmə hörmət vardır. Kimsəyə belə yazma, elə yaz deyilmir. Yetər ki, həqiqəti yazsınlar, qanunları, kodeksləri pozmasınlar.

Özünü peşəkar sayan, beynəlxalq imici olan hansısa media qurumunun ya­lan, yanlış məlumat yaymağa meyil edə­cəyi rasional görünmür. Çünki, seçki pro­sesi hər kəsin gözü qarşısında keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, seçkini 86 min 490 nəfər müşahidəçi izləyir. Əgər hansısa media subyekti bu qədər mü­şahidəçinin gördüyü həqiqətləri tərsinə çevirib yanlış formada təqdim edəcəksə, ilk növbədə özünü ifşa etmiş olacaq. Hər kəs onların yalan yazdıqlarına şahidlik edəcək. 

Fransa mediasını çaşqın duruma salan da bu amildir. Onlar 7 fevral seç­kilərini tənqid etmək üçün sifariş alıblar. Siyasi konyukturaya boyun əyməli, yaz­malı və tənqid etməlidirlər. Amma nədən yazacaqlar, nəyi tənqid edəcəklər? Han­sı fakta söykənib seçkilərə qara yaxa­caqlar? 

Vəziyyətdən çıxmaq üçün qəribə metod tapıblar: seçki prosesini birbaşa deyil, dolayı vasitələrlə qaralamağa ça­lışırlar. 

Fransa Beynəlxalq Radiosu (RFI) Azərbaycanda 7 fevral seçkilərinə həsr edilmiş məqalə yayımlayıb. Niyyəti indiki seçkini tənqid etmək olub. Amma 7 fev­ral seçkilərinə aid olan bircə arqument tapmayıb, kənardan dolanıb. Məsələn, hansısa "blogerin" uydurduğu hekayəni fakt kimi təqdim edib. Faktın qondarma olması bir yana, təsvir edilən hekayənin tarixi də düz gəlmir. RFİ və onun müsahi­bi özləri də qeyd edirlər ki, təsvir etdikləri hadisə 2014-cü ildə baş verib. 2014-cü ildə baş verdiyi iddia olunan hadisəni 10 il sonra keçirilən "7 fevral seçkilərinə hazırlıq" kimi dəyərləndiriblər. Bu mün­valla, müxtəlif illərə aid olduğu bildirlən hadisələrdən sitatlar gətirilir. Məqalədə təsviri verilən hadisələrdən ən yeni tarixə aid olanı 2021-ci ili əhatə edir. Beləlik­lə, RFI 7 fevral seçkilərini tənqid etmək üçün müasir dövrdən fakt tapa bilməyib, "arxivə" baş vurmaq məcburiyyətində qalıb. Amma sona qədər oradan çıxa bil­məyib. Elə ilişib arxivdə də qalıb. 

RFİ Fransanın beynəlxalq efir yayı­mını təşkil edən "France Médias Monde" Qrupunun tərkibinə daxil olan 3 subyekt­dən biridir. "France-24" TV kanalı, Ərəb­dilli Radio Stansiyası və RFİ "France Médias Monde" (FMM) Qrupunu təşkil edirlər. Onlar 21 dildə yayımlanır, dün­yada tanınırlar. Qrupun üzvlərindən olan "France-24" TV kanalının Azərbayca­na qarşı münasibəti bəllidir. Prezident Emmanuel Makronun ruporu kimi çıxış edən bu kanal həm II Qarabağ mühari­bəsi dönəmində, həm də "Laçın yolu ak­siyası" zamanında ermənipərəst mövqe sərgiləyib. Həmin dövrdə Qarabağdakı separatçı rejimin liderlərinin müsahi­bələrini yayımlayıb. RFİ də eyni mövqeyi sərgiləyib, "France-24" TV kanalı kimi yalanlar tirajlamaqdan çəkinməyib. Dün­yada tanınan bir KİV qurumunun bu cür yalanlara möhtac qalması əcayib olsa da, amma reallıqdır.

FMM qrupunun uzun fəaliyyət tarixi vardır. Özünün "etik kodeksi" olan qo­caman KİV qurumlarındadır. Redaksiya üçün hazırlanmış "Jurnalistika peşəsinin etik kodeksi" adlı sənəd 1918-ci ildə nəşr edilib. Həmin sənəd 100 il sonra - 2017-ci ildə yenilənib, "Etik Xartiya" adlandırılıb. FMM bu kodeks barədə açıqlamasında qeyd edib ki, "İki mətn arasında bir əsr vaxt keçib. Amma onla­rın ahəngdarlığı və davamlılığı pozulma­yıb. 100 il öncə olduğu kimi, RFİ bu gün də həqiqəti yayır". 

Əgər FMM və RFİ-nin bütün "həqiqətləri" 7 fevral seçkiləri barədə yazdıqlarına bənzəyirsə, onda yazıq Fransa mediasından obyektiv xəbər göz­ləyənlərin halına. RFİ Azərbaycandakı 7 fevral seçkiləri barədə hazırladığı tənqidi məqalədə nəinki informasiya prinsipləri­ni pozub, hətta özünün hazırladığı "etik kodeksi" də ayaqlayıb. Özünə zəhmət verib Azərbaycana gəlməyib. Məqalə hazırlayarkən qarşı tərəfin rəyini öyrən­məyib. Faktları dəqiqləşdirməyib. Hansı ki, "qarşı tərəfin mövqeyinin öyrənilmə­si", "obyektivlik və qərəzsizlik" jurnalisti­kanın bir nömrəli prinsipidir. 

ABŞ hər yerdə münaqişələri qızışdırır like
  • 04 Fev 16:19  
Dünya ABŞ hər yerdə münaqişələri qızışdırır

ABŞ-ın Suriya və İraqda hava hücumları regionda eskalasiya riskini xeyli a

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 04 Fev 16:13  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin qərbində 3 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı
Toyda gəlinin hərəkəti qonaqları ŞOKA SALDI  VİDEO like
  • 04 Fev 16:07  
Digərləri Toyda gəlinin hərəkəti qonaqları ŞOKA SALDI VİDEO

Toy mərasimində gəlinin etdiyi hərəkət gündəm olub.

arrow Ətraflı
Əsir düşməmək üçün qumbara ilə özünü və düşmənləri partladan like
  • 04 Fev 16:01  
Digərləri Əsir düşməmək üçün qumbara ilə özünü və düşmənləri partladan

1992-ci il iyunun 30-da Ağdərə şəhəri uğrunda döyüşlər zamanı qəhr�

arrow Ətraflı
Anestezioloq cərrahi əməliyyat zamanı yuxuya getdi like
  • 04 Fev 15:55  
Dünya Anestezioloq cərrahi əməliyyat zamanı yuxuya getdi

Böyük Britaniyada 61 yaşlı anestezioloq Tomas Herbst cərrahi əməliyyat za

arrow Ətraflı
Cansız bədəni çaydan tapılan Adilə Mehdiyevanın ƏN SON GÖRÜNTÜLƏRİ like
  • 04 Fev 15:49  
Digərləri Cansız bədəni çaydan tapılan Adilə Mehdiyevanın ƏN SON GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən

arrow Ətraflı
3500lük meymun “ordu”su Tayland şəhərini like
  • 04 Fev 14:53  
Dünya 3500lük meymun “ordu”su Tayland şəhərini

3500 uzunquyruqlu meymundan ibarət "ordu" Taylandın Lopburi şəhər

arrow Ətraflı
DSK sədri: “Yeni yaşayış massivlərində səsvermə üçün zəruri şərait yaradılıb” like
  • 04 Fev 14:48  
Digərləri DSK sədri: “Yeni yaşayış massivlərində səsvermə üçün zəruri şərait yaradılıb”

Son illərdə əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədil�

arrow Ətraflı
İraqın şimalında 5 terrorçu like
  • 04 Fev 14:43  
Dünya İraqın şimalında 5 terrorçu

İraqın şimalında "Hakurk" və "Pəncə-Kilid" əməliyya

arrow Ətraflı
Güclü zəlzələ oldu like
  • 04 Fev 14:37  
Dünya Güclü zəlzələ oldu

Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzə

arrow Ətraflı
ABŞ və Britaniya Sənaya like
  • 04 Fev 14:25  
Dünya ABŞ və Britaniya Sənaya

Bu gün səhər saatlarında ABŞ və Britaniya qırıcıları Yəmənin paytaxt

arrow Ətraflı
ABŞdən Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb like
  • 04 Fev 14:20  
Digərləri ABŞdən Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

2023-cü ilin yanvar-dekabr aylarında Amerika Birləşmiş Ştatlarından Türk

arrow Ətraflı
"Pulunu verəcəm, videonu..."  Gənc qız taksi sürücüsünün başına oyun açdı  ANBAAN VİDEO like
  • 04 Fev 14:13  
Digərləri "Pulunu verəcəm, videonu..." Gənc qız taksi sürücüsünün başına oyun açdı ANBAAN VİDEO

İstanbulda baş verən bu hadisə sosial medianın gündəmini zəbt edib.

arrow Ətraflı
Tokiodakı restoranda güclü like
  • 04 Fev 14:07  
Dünya Tokiodakı restoranda güclü

Yaponiya paytaxtı Tokioda baş verən güclü partlayış şəhərin ən sıx d

arrow Ətraflı