Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı


Digərləri 03 Fev 2024 15:22:00 157 0

Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Bəyanat yayıb.

Son.az Trend-ə istinadən bəyanatı təqdim edir:

"2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni "Nazione" hərəkatını təsis edib.

Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək hərəkatın yaranmasından iki gün sonra "Nazione"nin fəallarına qarşı təqiblərə başlayıb.

Yanvarın 30-da "Nazione"nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi "Nazione"nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb.

Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağıdılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir.

Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin fevralın 2-də "Nazione" hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz.

Xatırladaq ki, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib.

Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız "fransız" anlayışını qəbul edir ki, bunun özü şovinizmdir.

Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan "İnsan və vətəndaş hüquqları bəyannaməsi" də var. Həmçinin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "Uşaq hüquqları Konvensiyası", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası", "Əsas hüquqlar üzrə Avropa Xartiyası", "Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi", UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, "Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası" və s. buraya daxildir.

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu olaraq:

- Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;

- Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik;

- Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır;

- Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik". Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sosial şəbəkələrdə yeməklə bağlı paylaşımlara baxmaq ziyandır like
  • 03 Fev 15:20  
Digərləri Sosial şəbəkələrdə yeməklə bağlı paylaşımlara baxmaq ziyandır

İnternetdə qeyri-sağlam qidaların şəkillərinə baxmaq iştahanı artıra

arrow Ətraflı
Bakıda kvadratı 20 min manata mənzil satılır like
  • 03 Fev 15:14  
Digərləri Bakıda kvadratı 20 min manata mənzil satılır

Bakıda kvadratı 17 və 20 min manata mənzillər satılır.

arrow Ətraflı
"2050ci ilədək BMTnin iqlim hədəflərinə nail olmaq üçün olimpiya səyləri lazımdır" like
  • 03 Fev 15:07  
Dünya "2050ci ilədək BMTnin iqlim hədəflərinə nail olmaq üçün olimpiya səyləri lazımdır"

Olimpiya şüarı olan "daha tez, daha yüksək və daha güclü" ümu

arrow Ətraflı
Bu il hər kəs üçün uğurlu olacaq tarixlər açıqlandı  Toy, nişan, karyera… like
  • 03 Fev 15:01  
Digərləri Bu il hər kəs üçün uğurlu olacaq tarixlər açıqlandı Toy, nişan, karyera…

2024-cü ildə hər kəs üçün uğurlu olacaq tarixlər açıqlanıb.

arrow Ətraflı
Qazaxda qəza oldu  xəsarət alanlar var like
  • 03 Fev 14:58  
Digərləri Qazaxda qəza oldu xəsarət alanlar var

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Yeni ixtisas əlavə edildi like
  • 03 Fev 14:54  
Digərləri Yeni ixtisas əlavə edildi

"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişikl

arrow Ətraflı
TVlərin "Youtube" kanallarının yanvar ayı üzrə reytinqi açıqlandı like
  • 03 Fev 14:49  
Digərləri TVlərin "Youtube" kanallarının yanvar ayı üzrə reytinqi açıqlandı

Audiovizual Şuranın yerüstü, peyk və platforma yayımçısı lisenziyası v

arrow Ətraflı
Fidan Əliheydərə vəzifə verildi like
  • 03 Fev 14:45  
Digərləri Fidan Əliheydərə vəzifə verildi

Azərlotereya ASC-nin mətbuat xidmətinə yeni mətbuat katibi təyin olunub. 

arrow Ətraflı
Yəmən mətbuatında Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub like
  • 03 Fev 14:43  
Digərləri Yəmən mətbuatında Prezident seçkiləri haqqında analitik məqalə dərc olunub

Yəmənin ANN informasiya agentliyinin saytında fevralın 7-də Azərbaycanda k

arrow Ətraflı
Maliyyə ətraf mühitin mühafizəsi uğrunda mübarizənin həlledici amilidir  BMT nümayəndəsi like
  • 03 Fev 14:39  
Dünya Maliyyə ətraf mühitin mühafizəsi uğrunda mübarizənin həlledici amilidir BMT nümayəndəsi

Qlobal maliyyə sistemi BMT-nin dəqiq icra planına malik iqlim keçidi üzrə

arrow Ətraflı
Ləğv prosesində olan bu bankın kreditorlarına müraciət edildi like
  • 03 Fev 14:33  
Digərləri Ləğv prosesində olan bu bankın kreditorlarına müraciət edildi

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "Dəm

arrow Ətraflı
Türkmənistandakı səfirliyimizdə seçki məntəqəsi yaradıldı like
  • 03 Fev 14:28  
Digərləri Türkmənistandakı səfirliyimizdə seçki məntəqəsi yaradıldı

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçki

arrow Ətraflı
Sevgililər Günü üçün 150 min dollarlıq ən romantik hədiyyə   FOTOlar like
  • 03 Fev 14:23  
Digərləri Sevgililər Günü üçün 150 min dollarlıq ən romantik hədiyyə FOTOlar

Fevralın 14-dü, Sevgililər Günü üçün seçilən ən romantik hədiyyəl�

arrow Ətraflı
Eyni vaxtda iki növ quş qripinə yoluxan qadın öldü like
  • 03 Fev 14:17  
Dünya Eyni vaxtda iki növ quş qripinə yoluxan qadın öldü

Çinin Anhoy əyalətindən olan 63 yaşlı təqaüdçü quş qripinin H10N5 və

arrow Ətraflı
ABŞnin İraqı bombalaması nəticəsində 16 nəfər öldü like
  • 03 Fev 14:10  
Dünya ABŞnin İraqı bombalaması nəticəsində 16 nəfər öldü

ABŞ-nin İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nə

arrow Ətraflı