On dörd yaşlı qızla olay: "Gecə aşağı düşdüm, araq içirdilər, qaranlıqda..." –


Digərləri 03 Fev 2024 00:24:00 163 0

On dörd yaşlı qızla olay: "Gecə aşağı düşdüm, araq içirdilər, qaranlıqda..." –

Naxçıvan şəhərində 2001-ci il təvəllüdlü Nəcəf yetkinlik yaşına çatmayan Nəzrinə (adlar şərti verilib - red.) təcavüz edib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Nəcəf ötən il aprelin 6-dan başlayaraq Naxçıvan şəhərində müxtəlif vaxtlarda və yerlərdə 16 yaşına çatmayan Nəzrinlə bir neçə dəfə, təkrar qeyri-təbii yolla cinsi əlaqədə olaraq ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Razılıq verdi, əlindən tutdum"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avtobus parkında usta köməkçisi işləyib, atası isə avtobus parkında çilingərmiş:

"Nəzrini 2023-cü ilin aprelin 5-dən tanımışam. Orta məktəbin 9-cu sinfində oxuyurdu. İlk dəfə məktəbin qabağında gördüm, ondan xoşum gəldi. Ona yaxınlaşıb dedim ki, səndən xoşum gəlir, tanış olaq, bir-birimizi tanıyaq. Nəzrin də tanışlığımıza razılıq verdi, mənimlə söhbət edə-edə Naxçıvan Dövlət Universitetinin yanında dikə qalxdıq.

Oradan aşağı endiyimiz zaman Nəzrin mənimlə münasibət qurmağa "hə" cavabını verdi, onunla əl-ələ tutaraq gəzməyə başladıq".

Təqsirləndirilən şəxs qeyd edib ki, söhbət edəndə bir-biriləri ilə əlaqə saxlamaq üçün "İnstagram" hesablarını alıblar: "Mən özümün "İnstagram" hesabımı Nəzrinə, o da öz istifadəsində olan "İnstagram" hesabını mənə verdi.

Nəzrin telefonu olmadığını, nənəsinin telefonunu işlətdiyini dedi. Məktəbin yanına çatanda onun nənəsi bizi gördü. Nənə Nəzrinə hirslənərək "gəzdiyin oğlan kimdir" soruşdu. Mən də dedim ki, qızı ciddi istəyirəm. Nənəsi Nəzrini evə apardı".

"Həmin oğlanam, Nəzrinlə mən gəzirəm"

Təqsirləndirilən şəxs bildirib ki, Nəzrinlə görüşəndən sonra babasının vəziyyəti pis olduğundan xəstəxanaya gedib: "Bir qədər sonra mənə bir nömrədən zəng gəldi. Telefonu açanda danışanın Şakir olduğunu bildim. Şakir məndən yerimi soruşdu, ona xəstəxanada olduğumu dedim.

Bundan sonra Nəzrinin atası idarə etdiyi avtomobillə məni götürdü və qəsəbəyə apardı. Binaların arxasına keçdiyimiz zaman Şakir həyat yoldaşına zəng vurdu. Onun yoldaşı da gələrək maşına əyləşdi.

Daha sonra Şakir anasına zəng vurdu və dedi ki, Nəzrinə de baxsın, həmin oğlandır? Mən də Şakirə "həmin oğlanam, Nəzrinlə mən gəzirəm" dedim. Şakir əlinin dalı ilə sifətimdən vurdu. Yoldaşına "sən düş, gəlirəm" dedi. Atama zəng vurdu, harada olduğunu soruşdu. Atam da "xəstəxananın qabağına gəlirəm" dedi.

Şakirlə ora getdik. Söhbət zamanı atam "üzrlü say, oğlumu tənbeh edəcəm" dedi. Şakir isə bildirdi ki, ikinci belə hərəkəti olsa, nəticəsi pis olacaq".

"Anasının telefonu aldığını dedi"

Nəcəf deyib ki, buna baxmayaraq "İnstagram" sosial şəbəkəsində Nəzrinlə yazışıblar: "Münasibətlərimiz istiləşdiyi üçün şəxsi istifadəmdə olan mobil nömrəmi Nəzrinə verdim. Telefonu olmadığı üçün o, ev telefonu ilə zəng vuraraq mənimlə danışırdı. Ev telefonu ilə danışanda çox pul yazdığından Nəzrinə dedim ki, sənə sadə telefon və nömrə alacam. O da bununla razılaşdı.

50 manata "Nokia" markalı telefon və nömrə alaraq Nəzrinə verdim. Onunla məktəbin qabağında dərsdən çıxanda, evdə ailəsi olmayanda binanın qarşısında görüşürdük. Görüşəndə onun əlindən tutaraq yanağından və alnından öpmüşəm.

Nəzrinlə telefonda danışanda anası telefonu onun əlindən almışdı. Nəzrin ev telefonu ilə zəng vuraraq olanları mənə danışmışdı".

"İntim münasibət olmadı"

Nəcəfin sözlərinə görə, daha sonra Nəzrin ev telefonu ilə ona zəng edib: "Həmin vaxt uşaqlarla birlikdə yeyib-içirdim. Nəzrin "atam gecə iş növbəsində olacaq, mən də darıxmışam" dedi. Bildirdim ki, mən də darıxmışam, ürəyim səni istəyir, gəlirəm səni görəm.

Nəzringilin məhləsinə getdim. Gecə saat 1 radələrində binanın həyətində siqnal verərək Nəzrini gözlədim. Bir qədər sonra gəldi. Nəzrinin əlindən tutaraq yanağından öpdüm, onu qucaqladım. Qucaqlayanda Nəzrinin qulağına "səni sevirəm" dedim. O da "mən də səni sevirəm" dedi.

Dedim ki, get, problem olar, atan gələr, görər. Nəzrin isə "getmək istəmirəm" dedi, məni öpdü. Həmin vaxt aramızda intim münasibət olmadı".

"Problem olmayacağını söylədi"

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün yenə gecə saat 1 radələrində Nəzringilin məhləsinə gəlib: "Yenə avtomobillə siqnal verdim. Ev telefonu ilə Nəzrin mənə zəng vurdu və görüşmək üçün evdən çıxacağını söylədi. Nəzrinə "qorxuram, atan görər, problem olar, evdən bilərlər" dedim. Amma Nəzrin problem olmayacağını söylədi.

Danışanda ona "sənə elə bir şey edəcəm, sən mənə bağlı olacaqsan, mən də sənə, heç kəs bizim aramıza girə bilməyəcək" dedim. Bunu deyəndə Nəzrinlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı nəzərdə tutdum. Avtomobili onların binasının kənarına verdim və arxa salonda oturdum.

Bir qədər sonra Nəzrin də gələrək avtomobildə arxada oturdu. Onu qucaqladım, dodağından və boynundan öpməyə başladım, onunla sevişdik. Nəzrinə "sənin ailən səni mənə verməyəcək, mən elə edəcəm, sən mənə bağlan, mən də sənə bağlanım" dedim.

Nəzrin məndən heç nə soruşmadı, dayanaraq mənə baxdı. Bu vaxt ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdim. Nəzrin də razı oldu. Bizim intim münasibətimiz 2 dəqiqə çəkmədi. İntim münasibətdə olduqdan sonra Nəzrin paltarını geyindi, məni yenə qucaqladı. Mən ona dedim ki, get, bizi görərlər. Sağollaşdıq, Nəzrin də getdi".

"Anamı ailəsigilə göndədim"

Təqsirləndirilən şəxs deyib ki, Nəzrinin atası Şakir daş məhsulları kompleksində bir həftə gündüz, bir həftə gecə növbəsində işləyib: "Bu səbəbdən Nəzrinlə bir həftə görüşə bilmədik. Şakir gecə növbəsinə keçəndə Nəzrin "atam evdə olmayacaq" dedi. Nəzringilin məhləsinə gəldim.

Dükandan bir ədəd araq, bir lirtlik fanta, siqaret və cipso, Nəzrinə isə bir ədəd çöplü meyvə şirəsi, "Alpen gold" şokaladı və cipso aldım. Dostum Elmirlə birlikdə məhlədə oturaraq arağı içdik. Dostumun 21 yaşı vardı, Nəzrinlə heç bir münasibəti, tanışlığı yox idi.

Nəzrinlə danışdığımı bilirdi, ancaq intim münasibətdən xəbərsiz idi. Biz məhlədə oturduğumuz zaman Nəzrinə yerimi dedim. Bir az keçəndən sonra Nəzrin gələrək yanmızda oturdu. Aldıqlarımı Nəzrinə verdim və "evə gedəndə apararsan" dedim. O, evə getmək istəmədi.

Nəzrinin əlindən tutaraq birlikdə binanın böyrünə keçdik. Orada Nəzrini qucaqlayaraq öpdüm, onunla cinsi əlaqədə oldum. Sonra evə yola saldım. Mən özüm də oradan uzaqlaşdım".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nəzrini istəmək üçün anasını yollasa da, ailə qızın yaşı balacadır, olmaz deyiblər: "Beləcə Nəzrinlə əlaqəm kəsildi, ailəsi məni polisə verdi. Nəzrinin 14 yaşda olduğunu əvvəlcədən bilmişəm".

"Sosial şəbəkədə tanış olmuşam"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəzrinin sözlərinə görə, ailədə evin ən böyük qızıdır: "Məndən balaca əkiz bacılarım var. Atam Şakir daş məhsulları kompleksində fəhlə işləyir. Anam heç bir yerdə işləmir, evdar qadındır. Naxçıvan şəhərində orta məktəbdə oxuyuram. Nəcəfi 2023-cü il aprelin 6-dan tanımışam.

Nəcəflə ailəm arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti olmayıb. Nəcəf də Naxçıvan şəhərində yaşayır, 22 yaşı var, atasının yanında avtobus təmir edirdi. Onunla "İnstagram" sosial şəbəkəsində tanış olmuşam. Özümün telefonum olmayıb, nənəmin telefonundan istifadə edərək Nəcəflə yazışmışam.

İlk dəfə Nəcəf mənə görüşməyi təklif etdi. Mən də ona "məktəbə getməyəcəm, evdən çıxıb gəlib səninlə görüşəcəm" dedim. Beləcə məktəb adı ilə evdən çıxaraq aprelin 6-da saat 9-da bayraq meydanı tərəfdə görüşdük. Nəcəf mənə "səndən xoşum gəlir, səni sevirəm" dedi. Biz əl-ələ gəzdik, Nəcəf məni qucaqlayıb öpdü. Həmin vaxt aramızda intim münasibət olmadı".

"Avtomobildə görüşdük"

Nəzrin daha sonra ifadəsində bir neçə dəfə Nəcəflə görüşməsindən, onunla intim münasibətdə olmasından danışıb: "Telefonda danışdığımız zaman Nəcəf dedi ki, bir-birimizə bağlandıq, artıq heç kəs aramıza girə bilməz. Təxminən 2-3 gün keçəndən sonra gecə saat 1 radələrində Nəcəf idarə etdiyi avtomobillə məhləyə gəldi, siqnal verdi.

Mən də məhləyə düşdüm, onunla avtomobildə görüşdük. Yenə eyni qayda ilə avtomobildə arxa salonunda görüşdük, cinsi əlaqədə olduq".

"Araq içdiklərini gördüm"

Zərərçəkmiş deyib ki, gecələr Nəcəf məhləyə gələndə ya siqnal səsindən, ya da telefonun işıq salmağından onun məhləyə gəldiyini bilib: "Gecə vaxtı Nəcəf telefondan işıq saldı. Buna görə onun gəldiyini bildim. Mən də binanın həyətinə düşdüm. Həmin vaxt dostu ilə birlikdə "besedka"da oturduqlarını, araq içdiklərini gördüm.

Bir az söhbət elədik. Sonra Nəcəflə birlikdə tək qalmaq üçün binanın böyrünə getdik. Binanın böyrü qaranlıq olduğundan heç nə görsənmirdi. Orada qeyri-təbii yolla cinsi əlaqədə olduq. Sonra sağollaşdıq, Nəcəf də getdi".

"Bu münasibətə qarşı çıxdılar"

Zərərçəkmiş deyib ki, bir neçə gün keçəndən sonra Nəcəf ona ətir, qolbaq, saat və bujiteriya üzük alıb:

"Mən bunu nənəmə, o da anama dedi. Axşamüstü ailəm Nəcəfin ailəsinin üstünə getdilər. Əşyaları qaytardılar, orada onların arasında mübahisə yarandı. Nəcəfin anası hədiyyələri götürmədi, ailəm də hədiyyələri yerə çırparaq qırdı. Beləcə arada münasibətlər gərginləşdi. Məni məktəbdən çıxardılar. Nəcəflə görüşə bilmədik.

Daha sonra Nəcəfin anası gələrək "səni oğluma almayacam" deyərək getdi. Bu barədə Nəcəfə xəbər verdim. Dedim, artıq məni yığma, anan gəldi, sözünü dedi və getdi. Həmin günün axşamı Nəcəfin anası səs atdı. Səsdə "sənin yaşın balacadır, oğlumla danışma, vaxtı gələndə mən gələrəm" dedi. Ailəm də yaşım balaca olduğundan bu münasibətə qarşı çıxdılar".

Zərərçəkmiş bildirib ki, Nəcəfdən başqa heç kimlə intim münasibətdə olmayıb: "Yalnız Nəcəflə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Başqa kimsənin əli mənə dəyməyib. Nəcəf məni heç bir yolla hədələməyib. İntim münasibətdə olmağımız barədə kiminsə əvvəlcədən məlumatı olmayıb.

Polisdə araşdırma olandan sonra ailələrimiz bu münasibətdən xəbər tutdu. Ailəm Nəcəfi məndən uzaqlaşdırmaq üçün polis tanışlarına bu barədə məlumat verdilər. Polis gələrək məni dindirdi. Nəcəfi sevdiyimi, Nəcəfin təqsiri olmadığını söylədim".

Bu cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəcəfin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Nəcəfə təyin olunan 2 il müddətinə cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Rusiyanın bütövlüyünə qəsd etsələr... like
  • 03 Fev 00:16  
Dünya Rusiyanın bütövlüyünə qəsd etsələr...

Rusiya heç bir NATO ölkəsinə hücum etmək fikrində deyil, lakin onlar çox

arrow Ətraflı
Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş like
  • 03 Fev 00:08  
Dünya Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş

Uzun müddətdir ki, Ermənistan iqtisadi baxımdan çətinliklər yaşayır.

arrow Ətraflı
Günün qoroskopu: adi günlərdən fərqli olaraq hadisələrlə zəngin vaxtdır like
  • 03 Fev 00:01  
Digərləri Günün qoroskopu: adi günlərdən fərqli olaraq hadisələrlə zəngin vaxtdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
“Apo”nun vəziyyəti necədir? like
  • 02 Fev 23:48  
Şou-biznes “Apo”nun vəziyyəti necədir?

"Kızılcık Şerbeti"nin "Abdullah"ı Settar Tanrıöğenin

arrow Ətraflı
Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir like
  • 02 Fev 23:41  
Dünya Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir

Almaniyada demək olar ki, bütün ölkə üzrə şəhər ictimai nəqliyyatın

arrow Ətraflı
ABŞ qadağan etdi: Ermənistanda bu ərazilərə getməyin! like
  • 02 Fev 23:34  
Dünya ABŞ qadağan etdi: Ermənistanda bu ərazilərə getməyin!

ABŞ-ın Ermənistandakı səfirliyi səfirliyin əməkdaşlarını və onların

arrow Ətraflı
Daha bir ölkə dörd günlük iş tətbiqinə başlayıb like
  • 02 Fev 23:19  
Dünya Daha bir ölkə dörd günlük iş tətbiqinə başlayıb

Dominikan Respublikası dörd günlük iş rejiminə keçməyə hazırlaşır.

arrow Ətraflı
Gezeravcı kosmosdan qayıdır like
  • 02 Fev 23:15  
Dünya Gezeravcı kosmosdan qayıdır

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Ax-3 ek

arrow Ətraflı
Erhan Ufak Azərbaycanda cəzalandırılır? like
  • 02 Fev 23:07  
Digərləri Erhan Ufak Azərbaycanda cəzalandırılır?

Bir neçə gün əvvəl Azərbaycana gələn "Kurtlar Vadisi" serialı

arrow Ətraflı
Ukraynaya yardım edəcəyik, lakin indi... like
  • 02 Fev 22:56  
Dünya Ukraynaya yardım edəcəyik, lakin indi...

Kanada hökuməti hazırda Ukraynaya maliyyə yardımı göstərməyə davam etm

arrow Ətraflı
Nazir: Ermənistanın əsas müdafiə tərəfdaşları Hindistan və Fransadır like
  • 02 Fev 22:49  
Dünya Nazir: Ermənistanın əsas müdafiə tərəfdaşları Hindistan və Fransadır

Hindistan və Fransa Ermənistanın əsas müdafiə tərəfdaşlarına çevrilib

arrow Ətraflı
Melikovun həyat yoldaşı vəfat etdi like
  • 02 Fev 22:38  
Dünya Melikovun həyat yoldaşı vəfat etdi

Dağıstan rəhbəri Sergey Melikovun həyat yoldaşı Qalina uzun sürən xəst

arrow Ətraflı
Məşhur işarəni göstərərdim, amma qızlar var... like
  • 02 Fev 22:27  
Dünya Məşhur işarəni göstərərdim, amma qızlar var...

Rusiya iqtisadiyyatının tənəzzülü və çökəcəyi proqnozlaşdırılırd�

arrow Ətraflı
Müxaliflər Bakıya göndərilən təkliflərlə tanış oldu – like
  • 02 Fev 22:20  
Digərləri Müxaliflər Bakıya göndərilən təkliflərlə tanış oldu –

Ermənistan parlamentinin "Ermənistan" fraksiyasından olan deputatla

arrow Ətraflı