Hər gün bir banan yeyin


Digərləri 01 Fev 2024 04:04:00 138 0

Hər gün bir banan yeyin

Banan dünyada ən çox yetişdirilən tropik meyvələrdən biridir. Bəzən şəkər ehtiyacımızı ödəmək, bəzən də tox tutmaq üçün yediyimiz banan ən çox sevilən və istehlak edilən meyvələrdəndir. Yüksək qida tərkibi ilə diqqət çəkir. Asan həzm olunan karbohidrat tərkibi və yumşaq teksturası sayəsində bütün yaş qrupları arasında geniş seçim edilir. Uşaqların da ləzzət aldığı bu şirin, qidalı meyvənin sağlamlıq üçün bir çox faydası olduğu məlumdur. Həzm sistemindən sümük sağlamlığına, bağırsaq xəstəliklərindən xərçəngə, ürək sağlamlığından beyin sağlamlığına qədər banan istehlakının faydaları sonsuzdur. Hər gün banan yemək üçün bir çox səbəb var.

Son.az baku.ws-ə istinadən bu meyvənin faydalarını təqdim edir.

"Bananın faydaları nələrdir?" - deyə düşündükdə, ağlımıza dərhal kaliumun tərkibi gəlir.

Bananlarda yüksək miqdarda olan kalium mineralı maye balansını tənzimləməyə kömək edən əhəmiyyətli bir elektrolitdir. Kalium əzələlərin büzülməsinə və sinir hüceyrələrinin reaksiyasına kömək edir. Yaşlandıqca sümük sağlamlığını qoruyarkən böyrək daşının əmələ gəlməsi riskini azaltmağa kömək edə bilir.

Bununla belə, kaliumun məhdudlaşdırılması lazım olan böyrək xəstəliyi olan şəxslərdə bananın zəngin kalium tərkibi qanda kalium səviyyəsini artıraraq ürək ritminə mənfi təsir göstərə bilər. Bu səbəblə bu şəxslərin banan istehlak etməzdən əvvəl dietoloqa müraciət etmələri faydalı olar.

Banan istehlakı qan təzyiqində təsirlidir. Yüksək qan təzyiqini tarazlaşdırmaq üçün aşağı natrium, yüksək kalium pəhrizi vacibdir. Kalium ürək əzələsinin nizamlı fəaliyyətində, qan təzyiqinin tarazlaşdırılmasında və ürək-damar sisteminə yükün azaldılmasında mühüm rol oynayır. Gündəlik 1 orta ölçülü banan (ortalama 120 q) istehlak etməklə gündəlik kalium ehtiyacınızın təxminən 9 faizini qarşılaya bilərsiniz.

Banan tərkibindəki lektin sayəsində immunitet sistemini stimullaşdırır. Lektin, bir antioksidant kimi, bədənə zərər verən sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar bədəndə toplana bilmir və hüceyrə zədələnməsi baş vermir. Xərçəng hüceyrələrinin inkişafının qarşısı alınır. Bu xüsusiyyətlərinə görə lektinlər xərçəngə qarşı qorunma təmin edir.

Banan zəngin B6 vitamini mənbəyidir. Vitamin B6 isə sinir ötürülməsini təmin edən nörotransmitterlərin istehsalını, qırmızı qan hüceyrələrinin istehsalını, karbohidratların və yağların enerjiyə çevrilməsini, immun sisteminin funksiyalarını yerinə yetirməsi üçün lazım olan zülalların sintezini, böyrəklərin və qaraciyərin sağlam işləməsi funksiyasını yerinə yetirməyə kömək edir. Eyni zamanda, hüceyrə bölünməsi və inkişafındakı roluna görə hamiləlik dövründə B6 vitamininin təmin edilməsi vacibdir. Çox vaxt bananla əlaqəli olmasa da, bu meyvə həm də C vitamini mənbəyidir. C vitamini ilə hüceyrələr və toxumalar qorunur, dəmirin udulması asanlaşdırılır, bədən kollagen istehsal edə bilir, qandakı kortizol səviyyələrini idarə edərək stressi azaldır və serotonin ifrazını artıraraq bilişsel performansa müsbət təsir göstərir.

Kalium, lif, fol turşusu və C vitamini bananı ürək sağlamlığını qorumaqda üstün göstərir. Tədqiqatlar göstərir ki, yüksək lif istehlakı olan insanlarda ürək-damar xəstəlikləri riski daha azdır. Bu, yüksək kalium istehlakı olan insanlarda ürək xəstəliyindən ölüm riskinin azaldığını göstərir.

Bananların tərkibində olan triptofan, serotonin və melatonin kimi mühüm birləşmələrin sintezində rol oynayan əvəzsiz bir amin turşusudur. Bu şəkildə əhval-ruhiyyə, idrak funksiyası və yuxunun tənzimlənməsinə müsbət təsir göstərir.

Orta ölçülü bananın (ortalama 120 q) qida dəyəri aşağıdakılardır:

Kalori: 105 Yağ: 0 Karbohidratlar: 27 q Protein: 1,3 q Lif: 3,1 q Şəkər: 14,4 q Kalium: 422 mq Maqnezium: 31,9 mq Fosfor: 26 mq Selenium: 1,9 mkq Kolin: 11,6 mkq Vitamin C: 10,3 mkq Folat: 23,6 mkq Beta karoten: 30,7 mkq Alfa karoten: 29,5 mkq

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Castinin xanımından bikinili like
  • 01 Fev 03:03  
Şou-biznes Castinin xanımından bikinili

Məşhur model Hailey Bieber bikinidə fotosessiya etdirib.

arrow Ətraflı
“Bozun 50 çaları”nın ulduzundan açıqsaçıq like
  • 01 Fev 02:02  
Şou-biznes “Bozun 50 çaları”nın ulduzundan açıqsaçıq

ABŞ-li aktrisa və model Dakota Conson "Saturday Night Live" şousu �

arrow Ətraflı
"Bandit arvadı" makiyajı "səssiz lüks" trendini sıradan necə çıxardı? like
  • 01 Fev 02:01  
Digərləri "Bandit arvadı" makiyajı "səssiz lüks" trendini sıradan necə çıxardı?

"TikTok"un müxtəlif estetik cərəyanları yaratmaq sürətinə və

arrow Ətraflı
Ürək xərçənginin əlamətləri like
  • 01 Fev 01:40  
Digərləri Ürək xərçənginin əlamətləri

Bədxassəli ürək şişi - angiosarkoma diaqnoz olaraq ən çox 45 yaş və yu

arrow Ətraflı
ABŞnin yeni prezidenti o olacaq  "Simpsonlar"dan ŞOK İDDİA like
  • 01 Fev 01:29  
Dünya ABŞnin yeni prezidenti o olacaq "Simpsonlar"dan ŞOK İDDİA

Dünyadakı hadisələri proqnozlaşdırmaq qabiliyyəti ilə məşhur olan &quo

arrow Ətraflı
BMTdən İl76nın "Patriot"la vurulmasına reaksiya like
  • 01 Fev 01:12  
Dünya BMTdən İl76nın "Patriot"la vurulmasına reaksiya

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiyanın İl-76 təy

arrow Ətraflı
Çılpaq FOTOsu yayılan modeldən bikinili like
  • 01 Fev 01:01  
Şou-biznes Çılpaq FOTOsu yayılan modeldən bikinili

Amerikalı model Devon Windsor paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Çingiz Mustafayevin şəhid olduğu yerdən yeni görüntülər like
  • 01 Fev 00:45  
Digərləri Çingiz Mustafayevin şəhid olduğu yerdən yeni görüntülər

Milli Qəhrəman Çingiz Mustafayevin şəhid olduğu yerdən yeni görüntülə

arrow Ətraflı
ABŞdan gözlənilməz: Putini "xoş sürprizlər" gözləyir like
  • 01 Fev 00:35  
Dünya ABŞdan gözlənilməz: Putini "xoş sürprizlər" gözləyir

2024-cü il Ukrayna üçün mühüm strateji əhəmiyyət daşıyır və ona dö

arrow Ətraflı
“Bi2” qrupunun üzvlərinin hamısı Tailanddan İsrailə deportasiya ediliblər like
  • 01 Fev 00:16  
Şou-biznes “Bi2” qrupunun üzvlərinin hamısı Tailanddan İsrailə deportasiya ediliblər

İsrail konsulu "Bi-2" rok qrupunun baraban ifaçısı, iki gitara ifa

arrow Ətraflı
Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə döndü like
  • 01 Fev 00:05  
Digərləri Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə döndü

Göyçay rayonunun, Məlikkənd kəndində ikimərtəbəli fərdi yaşayış evi

arrow Ətraflı
Günün qoroskopu: Yaxınlarınızla danışanda sərt olmayın like
  • 01 Fev 00:01  
Digərləri Günün qoroskopu: Yaxınlarınızla danışanda sərt olmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Kadırovun qızına yüksək vəzifə verildi like
  • 31 Yan 23:53  
Dünya Kadırovun qızına yüksək vəzifə verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırova administrasi

arrow Ətraflı
Çin ən ciddi təhlükə olsa da... like
  • 31 Yan 23:40  
Dünya Çin ən ciddi təhlükə olsa da...

Çin heç bir şəffaflıq və məhdudiyyət olmadan silahlarını inkişaf etdi

arrow Ətraflı