Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür


Digərləri 31 Yan 2024 01:22:00 210 0

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Son.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ukrayna silah istehsalını artırır, əsas vəzifə budur like
  • 31 Yan 01:17  
Dünya Ukrayna silah istehsalını artırır, əsas vəzifə budur

Ukrayna silah istehsalını artırır və uzaqmənzilli pilotsuz təyyarələr h

arrow Ətraflı
Rusiyanın hücumları bu tarixdə dayanacaq like
  • 31 Yan 01:08  
Dünya Rusiyanın hücumları bu tarixdə dayanacaq

Rusiya hücumda qarşıya qoyduğu məqsədlərə nail ola bilmədi, yaza qədə

arrow Ətraflı
Nisə Qasımova: “Keçmişə qayıtmaq şansım olsaydı...” – VİDEO like
  • 31 Yan 01:01  
Şou-biznes Nisə Qasımova: “Keçmişə qayıtmaq şansım olsaydı...” – VİDEO

Xalq artisti Nisə Qasımova açıqlaması ilə diqqətləri üzərinə cəmləy

arrow Ətraflı
Repressiya qurbanı olmuş tədqiqatçının 1500 səhifəlik əlyazması aşkarlandı like
  • 31 Yan 00:55  
Digərləri Repressiya qurbanı olmuş tədqiqatçının 1500 səhifəlik əlyazması aşkarlandı

Repressiya qurbanı olmuş tədqiqatçı Xalid Səid Xocayevin XX əsrin 30-cu i

arrow Ətraflı
Zelenski riskə gedir: “yeni taktika” genişlənir like
  • 31 Yan 00:48  
Dünya Zelenski riskə gedir: “yeni taktika” genişlənir

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin gedişatını dəyişmək və

arrow Ətraflı
Türkiyədə olan Azərbaycan vətəndaşları hansı nöqtələrdə səs verə bilərlər? – like
  • 31 Yan 00:40  
Digərləri Türkiyədə olan Azərbaycan vətəndaşları hansı nöqtələrdə səs verə bilərlər? –

Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezi

arrow Ətraflı
Əhalinin DİQQƏTİNƏ! Bakıda bəzi fərdi evlər söküləcək like
  • 31 Yan 00:28  
Digərləri Əhalinin DİQQƏTİNƏ! Bakıda bəzi fərdi evlər söküləcək

Suraxanı rayonu, Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd

arrow Ətraflı
Rusiya saytlarına girişdə problemi aradan qalxdı like
  • 31 Yan 00:20  
Dünya Rusiya saytlarına girişdə problemi aradan qalxdı

Rusiya saytlarına giriş problemi aradan qalxıb.

arrow Ətraflı
Aliyə Əliyevaya yüksək vəzifə verildi like
  • 31 Yan 00:13  
Digərləri Aliyə Əliyevaya yüksək vəzifə verildi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasza

arrow Ətraflı
Britaniya səfiri İran XİNə çağırıldı like
  • 31 Yan 00:06  
Dünya Britaniya səfiri İran XİNə çağırıldı

Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

arrow Ətraflı
Günün qoroskopu: Mükalimələrdə hissə qapılmayın like
  • 31 Yan 00:01  
Digərləri Günün qoroskopu: Mükalimələrdə hissə qapılmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Artıq çəki ilə mübarizə aparmağın like
  • 30 Yan 23:40  
Digərləri Artıq çəki ilə mübarizə aparmağın

"Artıq çəki yığmaq asandır, lakin indi onlarla mübarizəyə başlama

arrow Ətraflı
ÇAXAL qırıcıları Livana zərbələr endirdi like
  • 30 Yan 23:25  
Dünya ÇAXAL qırıcıları Livana zərbələr endirdi

Bir müddət əvvəl İsrail döyüş təyyarələri Livanın cənubundakı Xiam

arrow Ətraflı
Qripə qarşı sadə üsul like
  • 30 Yan 23:20  
Digərləri Qripə qarşı sadə üsul

Tibbi maskalardan düzgün istifadə qripə yoluxma ehtimalını əhəmiyyətli

arrow Ətraflı
"Zorayde xala" vəfat etdi like
  • 30 Yan 23:04  
Şou-biznes "Zorayde xala" vəfat etdi

Braziliyalı aktrisa Jandira Martini 78 yaşında vəfat edib.

arrow Ətraflı