AŞPA Ermənistanı təhrik edir Meksika nəşri


Digərləri 29 Yan 2024 16:18:00 180 0

AŞPA Ermənistanı təhrik edir  Meksika nəşri

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanı təhrik edir və Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdid yaradır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə beynəlxalq siyasət və təhlükəsizlik üzrə mütəxəssis Talya İşcan Meksikanın aparıcı "El Universal" nəşrində dərc olunan məqalədə deyib.

"Dünyadakı bir çox münaqişələri əhatə edən mürəkkəb beynəlxalq münasibətlər şəraitində AŞPA çərçivəsində Azərbaycan nümayəndə heyətinə münasibətdə son hadisələr narahatlığa və debatlara səbəb olub. Azərbaycanın AŞPA-da iştirakına zərbə kimi görünən bu hərəkətlər bu cür məhdudlaşdırmaların qərəzsizliyi və əsaslığına dair suallar doğurur. Dünya ictimaiyyətinin Ermənistan tərəfindən törədildiyini qəbul etdiyi hərəkətlərdə Azərbaycanı ittiham edən bu tədbirlərin ziddiyyətinə diqqət yetirmək lazımdır.

Bu, Qərbin, əsasən Fransanın rəhbərliyi altındaAzərbaycana qarşı son əsassız tədbirləri kontekstində baş verir. Bu tədbirlərin ziddiyətli olması barədə sual yaranır, çünki Azərbaycan Əfqanıstanda, şimal istiqamətində və İraqda Qərbin çoxdankı müttəfiqidir, habelə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Ola bilsin ki, Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını təsdiqləməmək qərarı Fransanın Azərbaycana qarşı son zamankı aqressiv mövqeyi ilə əlaqəlidir. Bu həmçinin, sülh üçün də təhlükə törədir, belə ki, Ermənistanda qeyri-real ümidlərin və revanşist dairələrin dəstəklənməsi regionda sülh prosesini zədələyə bilər. Görünür, Ermənistan bu prosesdə yetərincə səmimiyyət göstərmir, çünki AŞPA-dakı Ermənistan nümayəndə heyətinin bütün üzvləri Azərbaycanın nümayəndə heyətinin akkreditasiyasının əleyhinə səs verdilər.

Azərbaycanın Avropa Şurasına 23 illik üzvlüyündən sonra, ölkədəki siyasi sabitlik və zərər görmüş ərazilərin bərpası fonunda bir sıra ölkələr AŞPA-da Azərbaycana hücum etməyə başladılar. Bu onları bu cür hərəkətlərə vadar edən məqsədlər barədə suallar doğurur.

Hazırda Avropa İttifaqı (Aİ) Ermənistanın qəti müttəfiqi olmaq yolunu seçməklə Azərbaycana qarşı öz qərəzli və düşmən münasibətində ədaləti göz ardı edir. Bu fəaliyyət Avropa İttifaqının bəyan edilmiş dəyərlərinə ziddir və regionda siyasi gərginliyin artmasına səbəb ola bilər. Avropanın Qafqazda Ermənistanı təhrik edən və sülh proseslərinə maneçilik törədən siyasəti Aİ-nin bəyan etdiyi prinsiplərlə ziddiyyət təşkil edir. Öz regionundan kənarda şəxsi motivlərindən çıxış edərək münaqişələri dəstəkləyən bu mövqe isə diplomatiyada ikili standartlar təəssüratı doğurur", - məqalədə deyilir.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Pərvin Abıyeva: "Tüpürüm o pula ..."  VİDEO like
  • 29 Yan 16:12  
Şou-biznes Pərvin Abıyeva: "Tüpürüm o pula ..." VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkə üzərindən etdiyi canlı yayımda a

arrow Ətraflı
Türkiyədə təyyarəni like
  • 29 Yan 16:08  
Digərləri Türkiyədə təyyarəni

İstanbul-Antalya reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarəni ild

arrow Ətraflı
Bulvar İdarəsinin yeni sədri kimdir?  DOSYE like
  • 29 Yan 16:03  
Digərləri Bulvar İdarəsinin yeni sədri kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla X

arrow Ətraflı
90 yaşlı aktrisa vəfat etdi like
  • 29 Yan 15:57  
Şou-biznes 90 yaşlı aktrisa vəfat etdi

İtaliyalı aktrisa Sandra Milo vəfat edib.

arrow Ətraflı
DGK əməkdaşları təltif edildi  Siyahı like
  • 29 Yan 15:52  
Siyasət DGK əməkdaşları təltif edildi Siyahı

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif

arrow Ətraflı
5 yaşlı uşağı maşın vurdu like
  • 29 Yan 15:52  
Digərləri 5 yaşlı uşağı maşın vurdu

Astarada azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ba

arrow Ətraflı
Bu şəxslərə generalmayor rütbəsi verildi  SİYAHI like
  • 29 Yan 15:51  
Siyasət Bu şəxslərə generalmayor rütbəsi verildi SİYAHI

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib

arrow Ətraflı
Dənizkənarı Bulvar İdarəsinə yeni sədr təyin edildi like
  • 29 Yan 15:46  
Siyasət Dənizkənarı Bulvar İdarəsinə yeni sədr təyin edildi

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.

arrow Ətraflı
Tələbələrin təcrübə keçmə qaydalarında yeniliklər edildi  FOTO like
  • 29 Yan 15:43  
Digərləri Tələbələrin təcrübə keçmə qaydalarında yeniliklər edildi FOTO

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsil

arrow Ətraflı
Filarmoniyada Ü.Hacıbəyli Adına Dövlət Simfonik Orkestrinin konserti keçirilib  FOTO like
  • 29 Yan 14:57  
Kriminal Filarmoniyada Ü.Hacıbəyli Adına Dövlət Simfonik Orkestrinin konserti keçirilib FOTO

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind

arrow Ətraflı
Ermənistana ordu göndərsək...  Fransız nəşrdən şok etiraf like
  • 29 Yan 14:24  
Dünya Ermənistana ordu göndərsək... Fransız nəşrdən şok etiraf

Avropa pulemyot quraşdırıla bilən maşınlar göndərməkdən daha böyük a

arrow Ətraflı
Qalmaqallı tiktokerlə bağlı tədbir görüldü  RƏSMİ like
  • 29 Yan 14:18  
Digərləri Qalmaqallı tiktokerlə bağlı tədbir görüldü RƏSMİ

Yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə

arrow Ətraflı
Məşhur cütlük Londona köçür  FOTO like
  • 29 Yan 14:15  
Şou-biznes Məşhur cütlük Londona köçür FOTO

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğla stilist Başak Dizer İngilt

arrow Ətraflı
Saatı 37 min, geyimi 24 min olan like
  • 29 Yan 13:26  
Şou-biznes Saatı 37 min, geyimi 24 min olan

Azərbaycanlı məşhurlar bu dəfə bahalı və qalmur libasları ilə diqqət

arrow Ətraflı