Dəvə təsərrüfatı sahibi: “Restoran var ki, ildə bir dəfə dəvə əti alır, amma həmişə dəvə qutabı satır” FOTO


Digərləri 29 Yan 2024 10:32:00 175 0

Dəvə təsərrüfatı sahibi: “Restoran var ki, ildə bir dəfə dəvə əti alır, amma həmişə dəvə qutabı satır”  FOTO

"25 ildir ki, dəvə təsərrüfatı ilə məşğulam. Maştağada dəvə təsərrüfatım var. Dəvələrim çox idi, hazırda onların sayı 15-dir. Rayonda da 5 dəvəm var. Ümumi 20 dəvəm var. Seçim edirəm, bəzilərini saxlayıb, bəzilərini kəsirəm. Bir neçəsi də doğacaq. Ağ dəvələr yalnız bizim təsərrüfatdadır. Kəsmək üçün çox vaxt rayondan gətirirəm. Dəvə əti dana ətindən fərqlənmir. İribuynuzlu heyvanların əti bir-birinə oxşayır"

Son.az bildirir ki, bunu "Moderator"a açıqlamasında dəvə təsərrüfatı ilə məşğul olan Maştağa kənd sakini Firdovsi Axundov deyib. O, restoranlarda müştərilərə təqdim olunan dəvə qutabından da danışıb.

"Bəzən dəvə qutabı adı ilə qutab satırlar. Bizdən dəvə əti alıb aparanlar olur. Restoran var ki, ildə bir dəfə dəvə əti alıb aparır, amma ilin bütün fəsillərində dəvə qutabı satır. Bu, artıq onun insafına, vicdanına, ədalətinə qalıb. Salyanın Xıdırlı kəndində dövlət təsərrüfatı var. Sabirabadda, Kürdəmirdə də tək-tük dəvə saxlayırlar. Lazım olanda, satışa çıxaranda mənə xəbər edirlər. Şəhərdə bizim maştağalıların bir restoranı var, bilirəm ki, təmiz dəvə əti verir", - deyə təsərrüfat sahibi bildirib.

Firdovsi Axundov deyib ki, dəvə əti hər dəfə olmur.

"Dəvənin südü də xeyirlidir. Çox vaxt xərçəng xəstələri südünü alıb içirlər. Hər dəfə də tapılmır. İnsan tanıyıram ki, dəvə südü ilə xərçəng xəstəliyi az da olsa, sağalıb. Dəvəni üç yaşında kəsirik. Adətən nəzir deyəndə kəsilir. İnsan var ki, övladı olmur, nəzir edir. Övladı dünyaya gələndən sonra dəvə kəsdirir. Bəzən də sifarişlər əsasında dəvə kəsirik. Təbii ki, Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında kəsim baş tutur. Sümüksüz dəvə əti 18-20 manat civarında olur. Baha olması az kəsilməsi ilə bağlıdır. Yanvar-fevral aylarında dəvə kəsmək problemdir. Çünki cütləşmə vaxtıdır, erkək dəvələr aqressiv olur, həm də ətlərindən qoxu gəlir. Dişi dəvələr də bu ayda doğumu ilə bağlı kəsilmir", - deyə Firdovsi Axundov söyləyib.

Firdovsi Axundov bildirib ki, dəvələrin ağlı insan zəkasına yaxındır.

"İnsanın bəzi xüsusiyyətləri dəvədə də var. İnanmıram ki, başqa heyvanlar dəvələr kimi olsun. Dəvə insan qədər yaşayır. Necə ki, uşaq doğulanda ona iki il süd verirlər, dəvə balası da iki il süd əmir. Ona görə də ananı baladan ən azı iki il ayırmırıq. Çox qısqanc heyvandır. Dəhşətli dərəcədə. Erkək dəvə cütləşmə dövründə hansısa heyvana, yaxud insana rast gələrsə, onu öldürər. Dəvələr yay-qış açıq havada qalır. İstidə də, qarda da. Dəvə xəstələnmir. Xəstələndisə, ölür. Dəvənin xəstələnib sağalmasını görməmişəm. Bəzən özlərinə qapanırlar. Erkək dəvə dişi dəvədən yetəri qədər sevgi görməyəndə onu ürəyinə salır, yemək yemir və arıqlayır. Özüm şahidi olmuşam. Bir də insanlara oxşar ən özəl xüsusiyyətləri odur ki, cavan dəvələr bir yerdə gəzir, qoca dəvələr bir yerdə. İnsanlar kimi, ayrı-ayrı. Çox maraqlı heyvanlardır", - deyə Firdovsi Axundov söhbətini yekunlaşdırıb.

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Akkreditasiyadan keçən müşahidəçilərin sayı açıqlandı like
  • 29 Yan 10:25  
Digərləri Akkreditasiyadan keçən müşahidəçilərin sayı açıqlandı

Bu günə qədər növbədənkənar prezident seçkisi ilə əlaqədar 80 minə

arrow Ətraflı
ATƏT/DTİHBnin müşahidəçiləri Beyləqanda seçkilərə hazırlığı izləyib like
  • 29 Yan 10:15  
Digərləri ATƏT/DTİHBnin müşahidəçiləri Beyləqanda seçkilərə hazırlığı izləyib

83 saylı Beyləqan seçki dairəsində qeydiyyatda olan 54 562 seçici 59 seçk

arrow Ətraflı
“Jalilov”un qeyrietik davranışlarına DİNdən reaksiya  VİDEO like
  • 29 Yan 10:11  
Digərləri “Jalilov”un qeyrietik davranışlarına DİNdən reaksiya VİDEO

"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətl

arrow Ətraflı
Paşinyandan etiraf: “Gənclər ordudan yayınırlar” like
  • 29 Yan 10:10  
Dünya Paşinyandan etiraf: “Gənclər ordudan yayınırlar”

"Gənclər ordudan yayınır. Hərbiyə yaşı çatan vətəndaşların yar

arrow Ətraflı
Ermənilər: "Qoymayın, bizi qarla öldürürlər"  VİDEO like
  • 29 Yan 10:05  
Dünya Ermənilər: "Qoymayın, bizi qarla öldürürlər" VİDEO

Ermənilər Ermənistana artıq əsl qar yağmadığını bildirib.

arrow Ətraflı
“Nar”ın içindən Samirə çıxdı...  VİDEO like
  • 29 Yan 09:59  
Şou-biznes “Nar”ın içindən Samirə çıxdı... VİDEO

"Maska" şounun finaldan öncəki buraxılışı yayımlanıb.

arrow Ətraflı
Məşhurlarımızın əvvəlki peşələri  FOTOlar like
  • 29 Yan 09:53  
Şou-biznes Məşhurlarımızın əvvəlki peşələri FOTOlar

Bu gün müğənni kimi tanıdığımız məşhurlar əvvəllər nə işlə mə�

arrow Ətraflı
Azərbaycanda evli kişi xalası qızı ilə sevgili oldu, onun qızı ilə isə... – Şok təfərrüat like
  • 29 Yan 09:42  
Kriminal Azərbaycanda evli kişi xalası qızı ilə sevgili oldu, onun qızı ilə isə... – Şok təfərrüat

Xaçmaz rayonunda 1992-ci il təvəllüdlü Musa qohumu Səbinəyə (adlar şər

arrow Ətraflı
Aygün Kazımova ilk dəfə çəkisini və bədən ölçülərini like
  • 29 Yan 09:37  
Şou-biznes Aygün Kazımova ilk dəfə çəkisini və bədən ölçülərini

Son zamanlar xarici görünüşü, xüsusilə arıqlaması ilə müzakirə obyek

arrow Ətraflı
Ruben Vardanyandan xəbər var like
  • 29 Yan 09:26  
Siyasət Ruben Vardanyandan xəbər var

Separatçı milyarder RubenVardanyanın apellyasiya şikayətinə baxılıb.

arrow Ətraflı
"Memati" serial üçün dəyişib belə oldu  FOTO like
  • 29 Yan 09:26  
Digərləri "Memati" serial üçün dəyişib belə oldu FOTO

2003-cü ildə yayıma başlayan "Kurtlar Vadisi"nin əsas obrazların

arrow Ətraflı
“Banu”nun Güneli tanınmaz halda  FOTO like
  • 29 Yan 09:21  
Şou-biznes “Banu”nun Güneli tanınmaz halda FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşım edib.

arrow Ətraflı
Pelosi: Bütün bunlar Putinin mesajıdır like
  • 29 Yan 09:15  
Dünya Pelosi: Bütün bunlar Putinin mesajıdır

Qəzzadakı iztirablara son qoyulmasına inansam da, atəşkəs çağırışı P

arrow Ətraflı