“Ordu günü” iddiası: Nikol yox, Köçəryan olsaydı…


Digərləri 28 Yan 2024 20:45:00 156 0

“Ordu günü” iddiası: Nikol yox, Köçəryan olsaydı…

Ermənistanda bu gün qeyd edilən ordu günündə müxalifət təmsilçiləri "Azərbaycanla müharibədə Ermənistan ordusu məğlub olmayıb, hakimiyyət məğlub olub" kimi məntiqsiz ifadələr işlədirlər. Yəqin bununla həm ordunu zərbə altından çıxarmaq, həm də "məğlub sindromundan" qurtulmaq istəyirlər.

Son.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda ordunun yaranmasının 32-ci ildönümü ilə bağlı müxalifətin açıqlamalarını şərh edərkən deyib.

O bildirib ki, görünür, erməni müxalifəti hesab edir ki, hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Köçəryan və ya Serj Sərkisyan olsaydı, Ermənistan ordusu məğlub olmayacaqdı:

"Unudurlar ki, illər uzunu aparılan danışıqların nəticəsiz qaldığını görən Azərbaycan hakimiyyəti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayırdı və bütün hazırlıqları bu yöndə idi. 2016-cı ildə Dördgünlük aprel savaşı da Ermənistana nəticə çıxmaq üçün dərs olmadı. Elə bildilər ki, bu, ötəri müharibədir və davamı gəlməyəcək, Azərbaycan növbəti müharibəyə risk etməyəcək, böyük dövlətlər bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəklər.

Tutaq ki, erməni müxalifətinin söylədiyi kimi, Ermənistanda hakimiyyətdə Robert Köçəryan kimi biri olaydı, bu, nəyisə dəyişəcəkdimi? Yəqin müxalifət təmsilçiləri və ekspertləri düşünürlər ki, Köçəryanın Rusiya ilə yaxınlığı Azərbaycanı müharibədən çəkindirən amil olacaqdı. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı Köçəryan və Sərkisyan hakimiyyətdə olduğu illərdən gücləndirməyə başlamışdı və Kremlin özü də Ankara ilə tərəfdaşlığı gücləndirirdi. Bu amil Azərbaycanın xeyrinə işləyirdi. Türkiyə ilə ittifaq həm də ona görə Azərbaycan üçün vacib idi ki, 1) Azərbaycan Ordusunun modernləşdirilməsi sürətlənsin; 2) Müharibənin başlayacağı halda Türkiyə Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırsın. Bunun hər ikisi uğurla həyata keçirildi.

Azərbaycan torpaqlarını geri qaytarmaq üçün həlledici həmləyə hazırlaşırdı. Köçəryan hakimiyyətdə olsaydı belə, Rusiya Azərbaycanı durdurmayacaqdı. Rusiya Türkiyə amilini də nəzərə alaraq, Azərbaycanla açıq qarşıdurmaya getməyəcəkdi. Odur ki, erməni müxalifətinin yanlışı var: Azərbaycanla müharibəni yalnız Nikol Paşinyan deyil, Ermənistanın bütün siyasətçiləri, generalları, "dənizdən dənizə" idelogiyasının müəllifləri, Konstitusiyalarını qonşularına ərazi iddiaları üzərində formalaşdıran düşüncə tərzi uduzdu. Nikol Paşinyan dərsini aldı və sanki vəziyyətdən çıxış yolları axtarır, dərsini almayan ermənilər isə hələ də reallıqları qəbul etmək istəmirlər, ancaq alternativləri də yoxdur".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Mütəxəssislər Marsda göllərin izlərini aşkar edib like
  • 28 Yan 20:30  
Dünya Mütəxəssislər Marsda göllərin izlərini aşkar edib

NASA-nın Perseverance roveri Jezero kraterində nəhəng hovuzu dolduran suyun

arrow Ətraflı
Qurudan ən uzaqda yerləşən ərazi like
  • 28 Yan 20:25  
Digərləri Qurudan ən uzaqda yerləşən ərazi

Sakit okeanda yerləşən Nemo nöqtəsi 1992-ci ildə Hrvoye Lukatela tərəfin

arrow Ətraflı
Nə üçün çörəyi ortadan kəsmək lazımdır? like
  • 28 Yan 20:20  
Digərləri Nə üçün çörəyi ortadan kəsmək lazımdır?

Bir çox insanlar çörəyi yuxarıdan kəsməyə və sonra yavaş-yavaş ortas�

arrow Ətraflı
Kosmonavtları ROBOT əməliyyat edəcək like
  • 28 Yan 20:15  
Digərləri Kosmonavtları ROBOT əməliyyat edəcək

Amerikalı tibbi texnologiya istehsalçısı Virtual Incision uzaqdan əməliyya

arrow Ətraflı
KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər like
  • 28 Yan 20:10  
Dünya KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsrailə silah satışını l�

arrow Ətraflı
“WhatsApp” yazışmalarınız başqaları tərəfindən oxuna bilər like
  • 28 Yan 20:07  
Digərləri “WhatsApp” yazışmalarınız başqaları tərəfindən oxuna bilər

"WhatsApp" hesabının sındırıldığını dəqiq müəyyən etmək

arrow Ətraflı
Uşağınızda bu əlamətlər varsa... like
  • 28 Yan 20:05  
Digərləri Uşağınızda bu əlamətlər varsa...

Kardioloq Yekaterina Aksenova bildirib ki, gizli ürək problemləri müasir uş

arrow Ətraflı
AŞPAda Bakının xeyrinə iki tarixi çıxış like
  • 28 Yan 20:01  
Dünya AŞPAda Bakının xeyrinə iki tarixi çıxış

Məlum olduğu kimi, AŞ PA-nın son sesiyasında bu qurumun 76 deputatının s�

arrow Ətraflı
İsrail ordusu çıxdı, HƏMAS gəldi like
  • 28 Yan 20:00  
Dünya İsrail ordusu çıxdı, HƏMAS gəldi

HƏMAS Qəzzada İsrail qüvvələrinin çıxdığı şimal və mərkəzi bölg�

arrow Ətraflı
Düzgün alışveriş etmək üçün like
  • 28 Yan 19:55  
Digərləri Düzgün alışveriş etmək üçün

Əhəmiyyətli bir hadisə və ya ailə şənliyindən əvvəl alış-veriş ed�

arrow Ətraflı
Emmanı belə görənlər tanımadı like
  • 28 Yan 19:53  
Dünya Emmanı belə görənlər tanımadı

Müğənni Emma Ələkbərzadə fərqli görünüşü ilə diqqət çəkib.

arrow Ətraflı
Rusiya daha bir Ukrayna PUAnı vurdu like
  • 28 Yan 19:50  
Dünya Rusiya daha bir Ukrayna PUAnı vurdu

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukrayna

arrow Ətraflı
Qadın sərvətini pişik və itlərinə vəsiyyət etdi – like
  • 28 Yan 19:45  
Dünya Qadın sərvətini pişik və itlərinə vəsiyyət etdi –

Lyu adlı qoca çinli qadın 2,8 milyon dollarlıq sərvətini yetkin övladlar�

arrow Ətraflı
Xərçəng riskini artıran ən təhlükəli like
  • 28 Yan 19:40  
Digərləri Xərçəng riskini artıran ən təhlükəli

Xərçəngin inkişaf riski bir çox amillərdən asılıdır. Aparılan araşd�

arrow Ətraflı
Mələkxanımın bloger qızından atası ilə bağlı PAYLAŞIM like
  • 28 Yan 19:35  
Şou-biznes Mələkxanımın bloger qızından atası ilə bağlı PAYLAŞIM

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası i

arrow Ətraflı