AŞPAnın qərarı: Avropaya viza ala bilməyəcəyik? –


Digərləri 27 Yan 2024 06:21:00 189 0

AŞPAnın qərarı: Avropaya viza ala bilməyəcəyik? –

Ekspert Natiq Cəfərli AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı verdiyi qərar ətrafında yaranan suallara aydınlıq gətirib.

Son.az axar.az-a istinadən xəbər verir ki, sözügedən suallara N.Cəfərlinin cavablarını təqdim edir:

- Azərbaycan AŞPA-dan qovulubmu, ya da çıxıbmı?

- Yox, Azərbaycan indi də Avropa Şurası və AŞPA-nın üzvüdür, sadəcə, fəaliyyəti dayandırılıb.

- Azərbaycana qarşı Avropa Birliyi sanksiya tətbiq edəcəkmi?

- Avropa Birliyi və Avropa Şurası fərqli qurumlardır, AB dövlətlərin birliyidir, qurumda 27 dövlət təmsil olunur. Qərarlar konsensusla qəbul olunur, yəni AB qurum olaraq qərar verməsi üçün bütün üzv dövlətlər həmin qərarın lehinə səs verməlidirlər. İstənilən ölkə istənilən qərara veto qoya bilər, Azərbaycanlı sıx iqtisadi əməkdaşlığı olan Avropa ölkələri var, onlar sanksiya qərarı gündəmə gəlsə belə, həmin qərara veto qoyacaqlar.

- AŞPA və Avropa Şurası ilə münasibətlərin gərginləşməsi Azərbaycan vətəndaşlarının Avropaya viza almasına təsir edəcəkmi?

- Bunun bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bu gün Rusiya və Belarus Avropa Şurasından qovulublar, hər birinə qarşı yüzlərlə sanksiya var, amma hər iki ölkə vətəndaşları viza ala bilirlər.

- Avropa Şurasının qərarı legitim və əsaslıdırmı?

- Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib, 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb. Yəni bir çox ölkənin deputatları bu səsvermədə iştirak etmədilər, münasibətləri pozmaq istəmədilər. Azərbaycanın lehinə səs verən 10 deputatın 9-u qardaş Türkiyəni təmsil edən AKP və MHP deputatları olub. Avropada mənasız solçuların təsirində olan və mövqeyi də özü kimi utancverici olan CHP deputatları müzakirəyə ümumiyyətlə gəlmədilər, iştirak edən HDP-çi bir deputat isə Azərbaycanın əlehinə səs verdi. Yəni qardaş Türkiyənin iqtidar deputatlarına, AKP-MHP təmsilçilərinə təşəkkür düşür.

AŞPA-nin qərarında Laçın "dəhlizi" və Qarabağla bağlı iddialar əsassız, mənasız, beynəlxalq hüquqa zidd və absurddur, rədd edilməlidir. Qurumun nüfuzuna, sözünün kəsərinə xələl gətirən yanaşmadır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib, bunu bacaran, Rusiya və SSRİ imperiyalarının basdırdığı "minanı" təmizləyə bilən ilk Avropa Şurası ölkəsi oldu - qurum buna sevinib dəstək verməkdənsə, bu məsələdə Azərbaycanın üzərinə gəlməsi qərəzli və absurddur - bu gün dost Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün vuruşur, AŞPA, Avropa Şurası buna görə Ukraynaya haqlı olaraq tam dəstək verir, eyni hüquqi məsələdə Azərbaycana fərqli yanaşması qəbuledilməzdir, Avropa Şurasının başını aşağı edən yanaşmadır.

Bəs insan haqq və azadlıqları ilə bağlı iradları haqlıdırmı? Məncə, bəli, hökumətin son aylar mənasız, lazımsız yerə sərtləşməsi, siyasi motivli sayılan həbslərin artması ölkəmizin adına layiq deyil, bu durum mütləq aradan qaldırılmalıdır.

- Əgər Qərblə Azərbaycan arasında münasibətlər kəskin pisləşərsə, bundan kim udacaq, kim ziyan görəcək?

- Hələ ki, udan Rusiyadır, uduzan isə Avropa və Azərbaycan. Amma Azərbaycan hökuməti ölkənin iqtisadi durumuna baxıb düşünməlidir - Azərbaycan Rusiya deyil ki, illərlə Qərblə qarşıdurmaya sinə gələ bilsin. Rusiyada Mendeleyev cədvəlində nə varsa mövcuddur, böyük qara iqtisadiyyatı, çirkli pulları, müxtəlif istiqamətlərə çıxışı və nəhayət, nüvə silahı var, onunla başqa cür danışırlar. Azərbaycanın gəlirlərinin 90%-i neft-qazdandır, satdığı istiqamət isə Qərbdir, pullarımız Qərbdədir, münasibətləq alqoritmi Qərblə dizayn edilib. Bundan başqa, Azərbaycana yaxın 15-16 ildə, yəni 2040-ci ilə qədər 100 mlrd. dollar kredit/xarici investisiya lazım olacaq - pul isə Qərbdədir, münasibətlərin kəskinləşməsi iqtisadi vəziyyətimizi ağırlaşdıra bilər.

- Münasibətlər kəskinləşib qırılma nöqtəsinə çata bilərmi?

- Məncə yox, münasibətlər qarşılıqlı güzəştlətlə düzəlməlidir - düzələcək də, bundan başqa, Azərbaycanın strateji və əsl müttəfiqi, bütün məsələlərdə qarşılıqlı qərarlar aldığı ölkə Türkiyədir. Qardaş Türkiyə NATO dövlətidir, bundan başqa, rəsmi Ankara son zamanlar Qərblə münasibətlərini yeni, daha yaxşı müstəviyə çəkməyə çalışır. Yeri gəlmişkən, AŞPA-da Türkiyə məsələsi də qaldırılmalı, bu ölkənin də bir illik fəaliyyəti dondurulmalı idi. AKP iqtidarı doğru-düzgün qərarlar alaraq bu məsələni öncədən həll etdi - İsveçin NATO üzvlüyünə "hə" dedi, ABŞ ilə münasibətləri yaxşılaşdırdı, Mərkəzi Bankın beynəlxalq standartlara uyğun davranmasını və xarici investorlara daha yaxşı şəraitin yaradılmasına qərar verdi, sözdə İsraili "asıb-kəssə" də, əməldə ciddi addım atıb münasibətləri gərginləşdirmədi. Bu yaxşı gedişatdır, məncə, Qərblə Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynayacaq.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək like
  • 27 Yan 06:18  
Dünya Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək

Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları ("Bayraktar&qu

arrow Ətraflı
“WhatsApp”ın bu funksiyası işə salınır  FOTO like
  • 27 Yan 06:06  
Digərləri “WhatsApp”ın bu funksiyası işə salınır FOTO

"WhatsApp" digər tətbiqlərin istifadəçiləri ilə çatları dəst

arrow Ətraflı
54 yaşlı Cennifer Lopes ictimaiyyət qarşısına şəffaf libasda çıxdı  FOTOlar like
  • 27 Yan 04:04  
Şou-biznes 54 yaşlı Cennifer Lopes ictimaiyyət qarşısına şəffaf libasda çıxdı FOTOlar

Aktrisa və müğənni Cennifer Lopes Paris küçələrində kameraların obyekt

arrow Ətraflı
Bred Pitt və yeni sevgilisi valideyn olmaq qərarına gəldi  FOTOlar like
  • 27 Yan 03:03  
Şou-biznes Bred Pitt və yeni sevgilisi valideyn olmaq qərarına gəldi FOTOlar

Hollivud aktyoru Bred Pitt və fitnes məşqçisi İnes de Ramon valideyn olmaq

arrow Ətraflı
Belə qadınlar kişiləri özlərinə valeh edir like
  • 27 Yan 02:02  
Digərləri Belə qadınlar kişiləri özlərinə valeh edir

Makiyaj, şübhəsiz ki, qadınların daha yaxşı görünmək və başqalarınd

arrow Ətraflı
Uduzmamaq üçün amansız üsullar lazımdır like
  • 27 Yan 01:28  
Dünya Uduzmamaq üçün amansız üsullar lazımdır

Müharibədə uduzmamaq üçün Ukraynaya 18 yaşından etibarən kişi və qad�

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 27 Yan 01:12  
Dünya Türkiyədə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 3,8 bal gücündə z

arrow Ətraflı
COVID19a yoluxduqdan sonra dünyada cəmi 6 nəfərdə görülən xəstəliyə tutuldu like
  • 27 Yan 01:01  
Digərləri COVID19a yoluxduqdan sonra dünyada cəmi 6 nəfərdə görülən xəstəliyə tutuldu

Sinəsində qəfildən başlayan və getdikcə şiddətlənən ağrı şikayəti

arrow Ətraflı
ABŞda ara qarışdı: 25 ştat Texası dəstəklədi like
  • 27 Yan 00:55  
Dünya ABŞda ara qarışdı: 25 ştat Texası dəstəklədi

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədində

arrow Ətraflı
Bizimlə bütün münasibətləri məhv edib like
  • 27 Yan 00:49  
Dünya Bizimlə bütün münasibətləri məhv edib

Rusiya ilə Finlandiya arasında bütün münasibətlər Helsinkinin günahı uc

arrow Ətraflı
Sosial şəbəkə bundan danışır: Qol vuran maral belə sevindi like
  • 27 Yan 00:40  
Digərləri Sosial şəbəkə bundan danışır: Qol vuran maral belə sevindi

Qol vurduqdan sonra bayram edən maralın görüntüləri maraqla qarşılanıb.

arrow Ətraflı
Rinkeviçdən Ukraynaya yaxşı xəbər: 50 milyard ayrıla bilər like
  • 27 Yan 00:33  
Dünya Rinkeviçdən Ukraynaya yaxşı xəbər: 50 milyard ayrıla bilər

Bir şey tamamilə aydındır: Ukraynanın bu pula ehtiyacı var, Ukrayna bu yar

arrow Ətraflı
Vyanada sağçılara qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib like
  • 27 Yan 00:25  
Dünya Vyanada sağçılara qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib

Vyananın mərkəzində Avstriya parlamentinin binası yaxınlığında 10 minə

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 27 Yan 00:24  
Digərləri Azərbaycanda zəlzələ oldu

Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudal�

arrow Ətraflı
Bloger Ramal İsayevlə bağlı AÇIQLAMA like
  • 27 Yan 00:16  
Şou-biznes Bloger Ramal İsayevlə bağlı AÇIQLAMA

Bloger Ramal İsayev intihara cəhd edib.

arrow Ətraflı