Günün qoroskopu: nüfuzlu insanlarla ünsiyyət zamanı diqqətli olun


Digərləri 27 Yan 2024 00:01:00 162 0

Günün qoroskopu: nüfuzlu insanlarla ünsiyyət zamanı diqqətli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - çətinliklərdən qorxmayın, maneələri qətiyyətlə dəf edin. Bir qədər səy göstərsəniz, məqsədlərinizə çata bilərsiniz. Yaxşı perspektivlər var.

Tələsik qərarlar verməyin. Addımlarınızı yaxşıca düşünüb-daşının.

Günün ikinci yarısı istirahət, əyləncə zamanı deyil. Görüləsi xeyli iş var.

Nəzərdə tutulmayan məqamlar görüşə mane ola bilər.

Diqqətsiz davransanız, sevdiyiniz insanın qəlbinə dəyə bilərsiniz.  

Buğa - yaşanan situasiyanı obyektiv dəyərləndirin. İrəliləyişlər olacaq. Amma bəzi məqamlar sizi təbdən çıxara bilər. Heç bir halda ətalətə qapılmayın, tənbəl olmayın. Yaxın gələcəklə bağlı planları reallaşdırmaq zamanıdır.

Günün ikinci yarısında şəxsi münasibətlərdə rəvanlığı və harmoniyanı qorumaq üçün səbrli olun. Mövqeləriniz fərqlidirsə, yaxınlarınızla mübahisə etməyin.

Sevdiyiniz insanla görüşü planlaşdırıbsınızsa, sözünüzün üstündə durun.

Axşam saatlarını özünüzə həsr edin.

Əkizlər - maliyyə məsələləri ilə bağlı problemləri həll edəndə bir addım da geri çəkilməyin. Rəqiblərin sizin hesabınıza irəliləməsinə imkan verməyin. İntriqalara aldanmayın, fəsadları anlayın. Bu gün başlanacaq səyahət uğursuz alınacaq. Yalnız ifrat zərurət yaranarsa, yola çıxın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə münasibətlərdə problemlər yarana bilər. Romantik tanışlığın ömrü uzun olmayacaq. Səhhətinizə fikir verin. Orqanizmdə problemlər olarsa, gərəkli qərarlar verin. Xroniki xəstəliyin ağırlaşmasını gözləməyin.

Xərçəng - zəhmət çəkmədən heç nəyə nail ola bilməyəcəksiniz. Buna rəğmən sonuclar sizi sevindirəcək. Sizə qarşı planlar quran insanla uğurla rəqabət apara bilərsiniz. Alış-verişdə gərəksz nəsnələr almayın. Bədxərclik etməyin. Bu gün alacağınız əşyalar və ya texnikadan uzun müddət istifadə edə bilməyəcəksiniz.

Günün ikinci yarısında olayların pərdəarxasını anlamağa çalışın. Rasiona yenidən nəzər salın. Zərərli vərdişlərin bəzilərindən qurtulmağa başlamaq olar. İdmanla məşğul olun.

Ailə üzvlərinin dediklərinə qulaq asın.

Şir - yaxşı, əlverişli gündür. Maliyyə məsələləri ilə bağlı işlərdə xüsusilə sərvaxt olun. Hadisələrin axarına laqeyd müşahidəçi olsanız, ciddi itkilər verə bilərsiniz. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Rəqib hesab etdiyiniz şəxslərlə kobud davranmayın.

Günün ikinci yarısında potensial problemlər öhdəlik və vədlərinizin yerinə yetirilməsində çətinliklər yarada bilər. Rasionunuza fikir verin. İştahınız çəkilə bilər.

Axşam saatlarında normal istirahətə can atın.

Qız - yaşamınızdan narazı qalmayın. Baş verən olaylara münasibətiniz ifrat dərəcədə mənfi olmasın. Sizdən asılı olmayan səbəblərə görə üzləşdiyiniz problemlərdə özünüzü suçlamayın. Başladığınız işləri dayandırmayın. Uğura nail olmaq istəyirsinizsə, bütün çətinliklərə rəğmən irəliləyin.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın laqeyd, soyuqqanlı münasibəti ilə qarşılaşa bilərsiniz. Daha ciddi nailiyyətlər istəyirsinizsə, əldən buraxdığınız imkanları dəyərləndirin. Əvvəlki münasibətləri xatırlayın.

Qida prosesində ehtiyatlı olun. Aldığınız ərzaqların keyfiyyətli olmasına fikir verin.

Tərəzi - çətin, qarışıq situasiyalarda necə davranacağınızı müəyyənləşdirin. Sizə uğur qazandıra biləcək addımları atmaqdan çəkinməyin. Darıxdırıcı və rutin fəaliyyət sizi təbdən çıxarmamalıdır. Təmkinli olun.

Günün ikinci yarısında alış-verişə və əyləncəyə çox pul xərcləməyin. Qənaətcil olun. Yaxınlarınız və dostlarınızla mübahisəyə başlamayın. Əks təqdirdə münaqişənin səbəbkarına çevrilə bilərsiniz.

Yarımçıq işləri başa vurun. İnadkarlıqda fayda var.

Əqrəb - maraqlarınızın təminatı uğrunda mübarizə aparsanız, uğur əldə edə biləcəksiniz. Əsas məsələ nikbin qalmaqdır. Çünki pis əhval səhhətinizə mənfi təsir edə bilər. Əlavə gəlir istisna deyil. İşdə rəhbərlikdən yardım alınması, situasiyanın normallaşması da ola bilər.

Günün ikinci yarısında yaxınlarınızla münasibətləri qoruyun. Xırda məsələlərə görə mübahisə etməyin. Ailə üzvlərini sərt tənqid etməyin. Uşaqlarla təmaslarda qayğıkeş, səbrli olun. Onların mənəvi dəstəyə ehtiyacı var.

Oxatan - ötənlərə, keçənlərə yenidən nəzər salın. Gələcəkdə səhvləri təkrarlamamaq üçün yanlışlıqları təhlil edin. Uğursuzluqlara görə bədbinliyə qapılmayın. Fikriniz yeni məqsədlərdə cəmlənməlidir. Hadisələr çox sürətlə inkişaf edəcək və özünütənqidə vaxt qalmayacaq.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda passiv mövqe tutmayın. Əvvəlki dövrdən fərqli olaraq birgə işlər sizi o qədər də maraqlandırmayacaq. Yanlışlıqlarınıza görə yaxınlarınızı, ailə üzvlərinizi suçlamayın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - hisslərinizin əsiri olaraq emosiyalara qapılsanız, problemlərin sayı artacaq. Alış-verişdə məntiqli davranın, boşuna pul xərcləməyin. Maliyyə məsələlərində mümkün qədər diqqətli və həssas olun. Daha təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Günün ikinci yarısında qəti qərar verəcəyiniz anı dəqiqləşdirin. Mənasız risklərə yol verməyin.

Ailədə vəziyyət normaldır. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil. Sevdiyiniz insan hisslərinizi cavabsız qoymayacaq. Yeni tanışlıq uzunmüddətli olmayacaq. Belə münasibətlərin perspektivi yoxdur.

Dolça - nüfuzlu insanlarla ünsiyyət zamanı diqqətli olun. Bəzi işlərin yerinə yetirilməsi üçün sərvaxt davranmağınız məsləhətdir. Müzakirələrlə arqumentlərdən yararlanın. İradəli, inadkar olun. Dürüst hesab etdiyini mövqelərdən geri çəkilməyin.

Günün ikinci yarısında yeni tərəfdaş və ya şərik tapa bilərsiniz. Şəxsi münasibətlərdə vəziyyət normaldır. Sevdiyiniz insanla ünsiyyət sizi sevindirəcək. Uzun müddətdən bəri arzuladığınız nəsnəyə yiyələnə bilərsiniz.

Yaxınlarınızdan birinə xoş anlar bəxş edin.

Balıqlar - adi günlərdən fərqli olaraq bu gün ən sadə işlərin görülməsində belə, problemlər yaranacaq. Özünüzdən bədgüman olmayın. Qüvvə və imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Çətinlikləri aramla dəf edin.

Günün ikinci yarısında məqsədə doğru inamla irəliləyə bilərsiniz. Ailə qayğıları və məişət problemləri az deyil. Manələri dəf edə bilsəniz, ailə üzvləriniz sizə minnətdar olacaqlar. Bəzi məqamları və detalları nəzərdən qaçırmayın.  

Son.az

Kanada Qarabağ müharibəsində tətbiq etdiyi qadağanı ləğv edir like
  • 26 Yan 23:58  
Dünya Kanada Qarabağ müharibəsində tətbiq etdiyi qadağanı ləğv edir

Kanada hakimiyyəti Türkiyəyə PUA üçün komponentlərin tədarükünə qoyu

arrow Ətraflı
Mişel AP seçkilərinə qatılmaqdan imtina etdi like
  • 26 Yan 23:54  
Dünya Mişel AP seçkilərinə qatılmaqdan imtina etdi

Avropa Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentinə namizəd olmaq

arrow Ətraflı
Meksika sərhədində gərginlik: Texas vitsequbernatoru Baydenə xəbərdarlıq etdi like
  • 26 Yan 23:50  
Dünya Meksika sərhədində gərginlik: Texas vitsequbernatoru Baydenə xəbərdarlıq etdi

"ABŞ prezidenti Co Baydenin administrasiyası Milli Qvardiyanın üzvləri

arrow Ətraflı
Lənkəranda avtomobil işıq dirəyini aşırıb like
  • 26 Yan 23:48  
Digərləri Lənkəranda avtomobil işıq dirəyini aşırıb

Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Ədən limanında ticarət gəmisi raketlə vuruldu like
  • 26 Yan 23:45  
Dünya Ədən limanında ticarət gəmisi raketlə vuruldu

Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə üzən ticarət gə

arrow Ətraflı
Həmid Herisçinin vəziyyəti açıqlandı like
  • 26 Yan 23:40  
Digərləri Həmid Herisçinin vəziyyəti açıqlandı

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisis

arrow Ətraflı
Tehran İrəvandan bunu tələb edir – like
  • 26 Yan 23:35  
Dünya Tehran İrəvandan bunu tələb edir –

İranın Ermənistana mesajları var: 44 günlük müharibədən əvvəl mövcud

arrow Ətraflı
Qərb Ukraynanın bu cinayətinə şərik olacaq  Polyanski like
  • 26 Yan 23:30  
Dünya Qərb Ukraynanın bu cinayətinə şərik olacaq Polyanski

Belqorod vilayəti üzərində Rusiyanın İl-76 təyyarəsinin vurulmasında AB

arrow Ətraflı
Məşhur yazıçı axtarışa verildi like
  • 26 Yan 23:25  
Digərləri Məşhur yazıçı axtarışa verildi

Məşhur rusiyalı yazıçı Boris Akunin axtarışa verilib.

arrow Ətraflı
Paşinyanın canfəşanlığı: bacaracaqmı?  Markedonov like
  • 26 Yan 23:20  
Dünya Paşinyanın canfəşanlığı: bacaracaqmı? Markedonov

"Ermənistan Respublikasına yeni Konstitusiya lazımdır. Konstitusiya də

arrow Ətraflı
Daha iki ölkə arasında müharibə ola bilər like
  • 26 Yan 23:15  
Dünya Daha iki ölkə arasında müharibə ola bilər

Kim Çen İnin daha ​​aqressiv bəyanatları fonunda Şimali Koreya yaxın a

arrow Ətraflı
Bakı bu təşəbbüsümüzü ironiya ilə qarşıladı – like
  • 26 Yan 23:14  
Digərləri Bakı bu təşəbbüsümüzü ironiya ilə qarşıladı –

Ermənistan etimad tədbiri kimi sərəncamında olan bütün minalanmış xəri

arrow Ətraflı
Simonyanın ailəsi Göyçə yolunda qəzaya düşdü like
  • 26 Yan 23:08  
Dünya Simonyanın ailəsi Göyçə yolunda qəzaya düşdü

Ermənistan parlamentinin sədri Alen Simonyanın ailəsi avtomobil qəzasına d

arrow Ətraflı
Günay Musayevadan iddialı like
  • 26 Yan 23:05  
Şou-biznes Günay Musayevadan iddialı

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva yeni fotolarını sos

arrow Ətraflı
Keyt Middltona uşaqları ilə görüşmək qadağan edildi like
  • 26 Yan 23:00  
Dünya Keyt Middltona uşaqları ilə görüşmək qadağan edildi

Kembric hersoqinyası Keyt Middltonun qarın boşluğunda keçirdiyi əməliyyat

arrow Ətraflı