Akif İslamzadə: “Şagird müəllimdən siqaret istəyir...”


Kriminal 24 Yan 2024 23:43:00 177 0

Akif İslamzadə: “Şagird müəllimdən siqaret istəyir...”

"Uşaqların tərbiyəsi ilə valideyn məşğul olmalıdır. Çünki hər şey ailədən başlayır. Məgər uşaq anadan olanda məktəbdə dünyaya göz açır?! Tərbiyə evdən başlayır". 

Son.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.

O, ötən gün Gəncədə 8-ci sinif şagirdinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan müzakirələrə münasibət bildirib. 

Xatırladaq ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M. P. Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 17 yaşlı F. Şabanov tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Məsələyə münasibət bildirən A. İslamzadə söyləyib ki, bu gün valideynlər uşaqlarına nəzarət etmirlər:

"Bunun üçün isə vaxt olmalıdır. Ya valideynlərin özlərinə başları qarışıb və uşaqların başını buraxıblar, ya da ki, çörəkpulu dalınca qaçırlar deyə, axırda da belə olur. Bizim vaxtımızda uşağı məktəbə qoyanda müəllimə deyirdilər ki, "əti sənin, sümüyü mənim". Uşaq da o təlim-tərbiyəni görüb böyüyürdü. İndi isə Avropada olan axmaq-axmaq nələr varsa, bizimkilər də baxıb təkrar edirlər. Ümumiyyətlə, təhsil sistemi bütövlükdə dəyişilməlidir. Çünki ata-anamızdan sonra bizim üçün ən müqəddəs obraz müəllim olub. Bir peşəni hörmətdən salmaq üçün onu adiləşdirmək lazımdır. Bu gün biz bir-birimizə "müəllim" deyirik, müəllimlərin cibinə pul basırıq. Ən dəhşətlisi isə budur ki, yuxarı sinif şagirdləri müəllimdən "ştuçnı" siqaret istəyirlər ki, ver, çəkim". Onun sözlərinə görə, bunun kökündə dayanan problem isə birdir:

"Təhsil sistemi dəyişdirilməlidir. Bizdəki təhsil sistemi Qərb təhsil sistemidir. Əvvəllər ruslara, onlardan da bizə keçib. Ona görə də, bu təhsil sistemi kökündən dəyişilməlidir. Mən uşağı vurmağın tərəfdarı deyiləm, lakin tutaq ki, müəllim uşağın qulağını burubsa, bunu problem etmək nəyə lazımdır? Yenə deyirəm, bütün təhsil sistemi dəyişilməlidir. Belə təhsil sistemi olmaz. Təlim-tərbiyə isə ailə və mühitdən başlayır". 

"Bu barədə bir misal çəkmək istəyirəm. Bir həftənin hadisəsidir. Dostumgilə gedirik, liftin qabağında gözləyirik. Bir nəfər 20-21 yaşında oğlan durub liftin qarşısında. Orada da 2-3 lift kabinəsi var. Oğlanın basdığı düymədə lift tez gəldi. Özü də başa düşdü ki, biz ona tərəf gedirik, hətta bizi gördü. O, lifti saxlaya bilərdi, amma qalxdı yuxarı. İndi sual edirəm ki, bunun günahı kimdədir? Valideyn və məktəbdə. Bu cavan uşaqların belə günahlarının bir ucu gəlib bizə çıxır. 

Bu problem bütün dünyada var. Bu dövrün adı da axır-zamandır. Bəşər tarixində bir Nuh peyğəmbərin dövründə belə mənəviyyatsızlıq olub, bir də indi. Allah o vaxtı bizi su ilə imtahana çəkdi, indi də, inşallah, odla imtahana çəkər. Çünki bu bəşər özünü doğrultmadı", - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

ABŞla müzakirə edəcəyimiz heç nə yoxdur like
  • 24 Yan 23:38  
Dünya ABŞla müzakirə edəcəyimiz heç nə yoxdur

Rusiyanın ABŞ-la strateji təhlükəsizlik sahəsində müzakirə edəcəyi he

arrow Ətraflı
Türkiyə və İran dezinformasiya ilə mübarizədə əməkdaşlıq edəcək like
  • 24 Yan 23:21  
Dünya Türkiyə və İran dezinformasiya ilə mübarizədə əməkdaşlıq edəcək

Türkiyə və İran saxta xəbər və dezinformasiya ilə mübarizədə əməkda

arrow Ətraflı
Pentaqondan İl76nın qəzaya uğramasına reaksiya like
  • 24 Yan 23:04  
Dünya Pentaqondan İl76nın qəzaya uğramasına reaksiya

Pentaqon Belqorod vilayətində İl-76-nın qəzaya uğraması ilə bağlı şə

arrow Ətraflı
AŞPAdan Bakı ilə bağlı qərar like
  • 24 Yan 22:57  
Digərləri AŞPAdan Bakı ilə bağlı qərar

Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlü

arrow Ətraflı
Makronun xanımının futbolla bağlı sualı gülüşlə qarşılandı like
  • 24 Yan 22:55  
Dünya Makronun xanımının futbolla bağlı sualı gülüşlə qarşılandı

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam ölkə Prezidenti

arrow Ətraflı
Model həddindən artıq seksual olduğu üçün mağazadan qovuldu  FOTOlar like
  • 24 Yan 22:46  
Dünya Model həddindən artıq seksual olduğu üçün mağazadan qovuldu FOTOlar

Braziliyalı kontent prodüseri İara Ferreyra ABŞ-ın Mayami şəhərində al�

arrow Ətraflı
Aygün Kazımovanın səhifəsinin qayıtmasına belə sevindilər like
  • 24 Yan 22:41  
Şou-biznes Aygün Kazımovanın səhifəsinin qayıtmasına belə sevindilər

Xalq artisti Aygün Kazımovanın oğurlanan instaqram səhifəsi bərpa olunub.

arrow Ətraflı
Azərbaycan banklarının ümumi aktivlərin həcminə görə renkinqi like
  • 24 Yan 22:39  
Digərləri Azərbaycan banklarının ümumi aktivlərin həcminə görə renkinqi

2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında ümumi aktivl

arrow Ətraflı
Ukrayna kəşfiyyatı: Rusiya ilə bu gün əsir mübadiləsi baş tutmalı idi like
  • 24 Yan 22:33  
Dünya Ukrayna kəşfiyyatı: Rusiya ilə bu gün əsir mübadiləsi baş tutmalı idi

Yanvarın 24-ü çərşənbə günü Rusiya ilə Ukrayna arasında əsirlərin m

arrow Ətraflı
Aygün Kazımovanın instaqram hesabı geri qaytarıldı like
  • 24 Yan 22:27  
Şou-biznes Aygün Kazımovanın instaqram hesabı geri qaytarıldı

Xalq artisti Aygün Kazımovanın bir neçə gün öncə oğurlanan rəsmi insta

arrow Ətraflı
Bakıya qarşı hücum platforması: AŞPA ifşa edildi like
  • 24 Yan 22:25  
Digərləri Bakıya qarşı hücum platforması: AŞPA ifşa edildi

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyasında fəal

arrow Ətraflı
Elşənin Batumi gəzintisi like
  • 24 Yan 22:20  
Şou-biznes Elşənin Batumi gəzintisi

"Fəlakət" obrazı ilə tanınan Elşən Orucov  istirahətə yollan

arrow Ətraflı
Qara görə elektrik kəsildi like
  • 24 Yan 22:18  
Digərləri Qara görə elektrik kəsildi

Cəlilabad rayonunda güclü qar elektrik təsərrüfatında ciddi fəsadlar yar

arrow Ətraflı