Bakıda keçiriləcək COP29 konfransında bu məsələnin müzakirə olunacağına ümid edirəm


Digərləri 16 Yan 2024 17:49:00 156 0

Bakıda keçiriləcək COP29 konfransında bu məsələnin müzakirə olunacağına ümid edirəm

Azərbaycanda keçiriləcək COP29 konfransında formalaşmaqda olan bazara malik və inkişaf etməkdə olan ölkələrdə təmiz enerji mənbələrinin maliyyələşdirilməsi məsələsinin qaldırılacağına ümid edirəm.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirələrdə deyib.

"Dubayda keçirilən COP28 konfransında çox şey, o cümlədən, bərpa olunan enerji mənbələrinin (BEM) imkanlarının və investisiyaların artırılması müzakirə olundu. Lakin biz inkişaf etməkdə olan ölkələrdə təmiz enerjiyə investisiya qoymağa hazırlaşdığımız üçün bu məsələ Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində müzakirə olunmalıdır.

Son beş il ərzində təmiz enerji sektoruna investisiyalar 1 trilyon dollardan 1,8 trilyon ABŞ dollarınadək artıb. Problem ondadır ki, bu investisiyaların böyük bir hissəsi Çin tərəfindən həyata keçirilib. Ümid edirik ki, COP29 bu problemi həll edəcək", - deyə o bildirib.

F.Birolun sözlərinə görə, bütün ölkələrin hakimiyyətləri bu investisiyaların səmərəliliyinin təmin olunması üçün lazımi standart və mexanizmləri tətbiq etməlidir.

"Enerji səmərəliliyinə investisiyaları üçqat artırmalıyıq, əksər hallarda bu investisiyaların xərci iki-üç il sonra çıxarılır. Bu, çox gəlirli biznesdir. Lakin hökumətlər xüsusən aşağı gəlir səviyyəsinə malik qruplar üçün istilik nasosu və elektromobil satın alınmasına ilkin investisiyaların həyata keçirilməsi məqsədilə stimullar yaratmalıdır. Enerji səmərəliliyinin artırılması üzrə tədbirlər görən şirkətlərin rəqabətli mühitdə işlədiyinə zəmanət verən mexanizmlər mövcud olmalıdır.

İstehlakçıların motivasiyası təkcə özləri üçün enerjiyə qənaət olmalı deyil. Biz hökumətlərin bunun ilk növbədə onların büdcəsi üçün, eləcə də, enerji təhlükəsizliyi və karbon izi səbəbindən lazım olduğunu anlamalarına kömək göstərməliyik. Ötən il Parisdə 60-a yaxın hökumət bir araya gəldi və müvafiq standartları müzakirə etdik", - deyə IEA-nın icraçı direktoru əlavə edib.

Xatırladaq ki, 11 dekabr 2023-cü ildə Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub.

Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2024-cü il yanvarın 4-də COP29-un prezidenti təyin edilib.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olundu like
  • 16 Yan 17:45  
Digərləri Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olundu

Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Bil�

arrow Ətraflı
Azərbaycanda fotoqraf bəyi kəndirlə bağladı, gəlini isə... VİDEO like
  • 16 Yan 17:39  
Digərləri Azərbaycanda fotoqraf bəyi kəndirlə bağladı, gəlini isə... VİDEO

Sosial şəbəkədə azərbaycanlı fotoqrafın toy çəkilişi diqqət çəkib.

arrow Ətraflı
"Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır" like
  • 16 Yan 17:38  
Digərləri "Sexdəki partlayışda 16 nəfərin ölməsi xəbəri yalandır"

Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçə

arrow Ətraflı
SEPAH Ərbili bu raketlə like
  • 16 Yan 17:34  
Dünya SEPAH Ərbili bu raketlə

SEPAH İraqın Ərbil şəhəri yaxınlığına hava hücumunda "Fateh-110&

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasi "Gəncənin gəncləri" layihəsinə start verir like
  • 16 Yan 17:30  
Kriminal Gəncə Dövlət Filarmoniyasi "Gəncənin gəncləri" layihəsinə start verir

Gəncə Dövlət Filarmoniyası 2 fevral - Gənclər Günü ilə bağlı "G

arrow Ətraflı
Asya onu komaya salan səbəbi açıqladı  FOTO like
  • 16 Yan 17:26  
Şou-biznes Asya onu komaya salan səbəbi açıqladı FOTO

Bir müddət öncə komaya düşərək sevənlərinə qorxulu günlər yaşadan

arrow Ətraflı
Dağıntılar altından çıxarılanların sayı like
  • 16 Yan 16:59  
Digərləri Dağıntılar altından çıxarılanların sayı

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri,

arrow Ətraflı
Məşhur müğənni qardaşına görə oğurluq edib – VİDEO like
  • 16 Yan 16:56  
Şou-biznes Məşhur müğənni qardaşına görə oğurluq edib – VİDEO

ATV-nin "Rəngarəng səhər" verilişinin qonağı müğənni Ofelya

arrow Ətraflı
Yanvar ayında yenə qar yağacaq? like
  • 16 Yan 16:50  
Digərləri Yanvar ayında yenə qar yağacaq?

Ötən həftəsonu Azərbaycana qar yağdı. Beləliklə, bu qış mövsümünd�

arrow Ətraflı
Yasamaldakı qəzanın VİDEOsu müzakirə yaratdı like
  • 16 Yan 16:45  
Digərləri Yasamaldakı qəzanın VİDEOsu müzakirə yaratdı

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində avtomobilin piyada keçid

arrow Ətraflı
Seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlayırıq like
  • 16 Yan 16:41  
Digərləri Seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlayırıq

Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlərin 7 fevral prezident seç

arrow Ətraflı
KOBİA yanında daimi fəaliyyət göstərəcək Koordinasiya Qrupu yaradılıb like
  • 16 Yan 16:40  
Digərləri KOBİA yanında daimi fəaliyyət göstərəcək Koordinasiya Qrupu yaradılıb

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İn

arrow Ətraflı
Vasifin yıxılan ofisianta münasibəti QINANDI  VİDEO like
  • 16 Yan 16:35  
Şou-biznes Vasifin yıxılan ofisianta münasibəti QINANDI VİDEO

Sosial şəbəkədə əməkdar artist Vasif Məhərrəmlinin görüntülər gün

arrow Ətraflı
Bu şəxslərə aylıq müavinət verilməyəcək like
  • 16 Yan 16:25  
Digərləri Bu şəxslərə aylıq müavinət verilməyəcək

Nazirlər Kabineti bununla bağlı "Məcburi köçkünlər və onlara bəra

arrow Ətraflı
Bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi like
  • 16 Yan 16:23  
Digərləri Bəzi torpaq sahələri bərpa olunan enerji mənbələrinin ərazisi kimi

Abşeron və Xızı rayonlarının inzibati ərazilərində dövlət və bələd

arrow Ətraflı